Estetik xidmət bazarında kompleks həllər aktuallaşır

Estetik xidmət bazarında kompleks həllər aktuallaşır

TİBB
126

Fins.az - Bio Estetik Group 10 ildən artıqdır ki, kosmetologiya, epilyasiya və arıqlama sahələrində fəaliyyət göstərərək estetik xidmətlər və peşəkar avadanlıqların satışı istiqamətində xidmət göstərir.

Şirkətin məlumatına görə, fəaliyyət istiqamətləri müasir dövrdə geniş yayılmış problemlərdən olan artıq çəki, bədəndə arzuolunmaz tüklərin yaratdığı diskomfort, sərbəst radikalların təsiri və yaşlanma ilə bağlı kosmetik-estetik problemlərin aradan qaldırılmasına yönəlib.

Bildirilib ki, Bio Estetik Group yalnız estetik xidmətlərlə kifayətlənmir, həmçinin kosmetik mərkəzlərdə, tibb müəssisələrində və ev şəraitində istifadə oluna bilən avadanlıqların, estetik cihazların satışı və servis xidmətini də həyata keçirir. Şirkət yüksək keyfiyyətli məhsullarla bir sıra qabaqcıl müəssisələri təmin edir.

Hazırda Bio Estetik Group 4 filialda fəaliyyət göstərir. Şirkətin bütün filiallarında öz sahəsinin mütəxəssisi olan 30 nəfərdən artıq əməkdaş çalışır.

Məlumata əsasən, xidmət keyfiyyətinin artırılması məqsədilə bütün filiallar gigiyenik standartlara tam uyğun şəkildə fəaliyyət göstərir. Müştəri məmnuniyyətinin təmin olunması üçün satışa çıxarılan hər bir avadanlıq əvvəlcə Bio Estetik Group-un estetik xidmət bölmələrində sınaqdan keçirilir və yalnız keyfiyyətinə əmin olunduqdan sonra satışa təqdim edilir.

Şirkətin təqdim etdiyi avadanlıqlardan biri də Nora 8X1 Kosmetoloji Kombayn K-10B modelidir. Cihaz bir neçə estetik proseduru bir avadanlıqda birləşdirir.

Nora 8X1 Kosmetoloji Kombayn K-10B aşağıdakı funksiyaları yerinə yetirir:

Brossaj (5 başlıq);

  • Üzün vakuumla təmizlənməsi;

  • Qalvanika;

  • Oksigen mezoterapiyası;

  • Darsonval (3 başlıq);

  • Elektrokoaqulyator;

  • Vakuum spreyi;

  • Ultra başlıq.

Şirkət bildirir ki, bu avadanlıq kosmetoloji prosedurların daha effektiv və funksional şəkildə həyata keçirilməsinə imkan yaradır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Estetik xidmət bazarında kompleks həllər aktuallaşır — Fins.az