Eli Lilly və Novo Nordisk dərmanları üz-üzə: hansının təsiri daha güclüdür?

Eli Lilly və Novo Nordisk dərmanları üz-üzə: hansının təsiri daha güclüdür?

TİBB
818

Fins.az - ABŞ-ın əczaçılıq şirkəti Eli Lilly çəki azaldılması üçün sınaq mərhələsində olan tablet formasında orforqlipron preparatı ilə Novo Nordisk şirkətinin ağızdan qəbul edilən semaqlutid dərmanını (Rybelsus) birbaşa müqayisə edən tədqiqatın nəticələrini açıqlayıb.

Araşdırma 2-ci tip şəkərli diabet xəstələrinin iştirakı ilə aparılıb.

36 mq dozada orforqlipron qəbul edən xəstələrin 58%-də, 14 mq semaqlutid qəbul edənlərin isə 45%-də yüngül və orta dərəcəli yan təsirlər (ürəkbulanma, ishal, qusma və s.) qeydə alınıb. Müalicənin dayandırılmasına səbəb olan yan təsirlər orforqlipron qrupunda 10%, Rybelsus qrupunda isə 5% təşkil edib. Orforqlipronun qəbulu zamanı ürək döyüntüsünün artması da müşahidə olunub.

Effektivlik baxımından isə orforqlipron 36 mq dozada qanda qlükoza səviyyəsini orta hesabla 2,2% azaldıb, semaqlutid isə 1,4% azalma göstərib. Çəki itkisi göstəriciləri müvafiq olaraq 8,9 kq (9,2%) və 5 kq (5,3%) olub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Eli Lilly və Novo Nordisk dərmanları üz-üzə: hansının təsiri daha güclüdür? — Fins.az — Fins.az