CYBX-lər gizli inkişaf edə bilər – həkimlər müntəzəm yoxlanışı tövsiyə edir

CYBX-lər gizli inkişaf edə bilər – həkimlər müntəzəm yoxlanışı tövsiyə edir

TİBB
206

Fins.az - Diamed Medical Group cinsi yolla keçən xəstəliklərin qarşısının alınması və erkən diaqnostikasının vacibliyi ilə bağlı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, sağlamlığın qorunması və mümkün risklərin vaxtında müəyyən edilməsi üçün müntəzəm tibbi müayinələr xüsusi əhəmiyyət daşıyır. Bildirilir ki, cinsi yolla keçən xəstəliklər bir çox hallarda ilkin mərhələdə heç bir əlamət vermədən inkişaf edə bildiyi üçün erkən diaqnoz xəstəliyin effektiv müalicəsində mühüm rol oynayır.

Diamed Hospitalda pasiyentlər bu sahə üzrə peşəkar müayinə və müalicə xidmətlərindən yararlana bilərlər. Müayinələr Dr. Araz Məmmədov tərəfindən həyata keçirilir.

Tibb müəssisəsi vətəndaşları sağlamlıqlarına diqqət yetirməyə, profilaktik yoxlanışlardan keçməyə və risk faktorlarının qarşısını vaxtında almağa çağırır. Mütəxəssislərin fikrincə, erkən diaqnostika həm sağlamlığın qorunmasına, həm də mümkün fəsadların qarşısının alınmasına imkan yaradır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
CYBX-lər gizli inkişaf edə bilər – həkimlər müntəzəm yoxlanışı tövsiyə edir — Fins.az — Fins.az