Bu ölkədə məsafəli çalışma sistemi üzrə vakansiyaların sayı kəskin artdı

Bu ölkədə məsafəli çalışma sistemi üzrə vakansiyaların sayı kəskin artdı

TİBB
685

Martda, Rusiyada cari ilin fevral ilə müqayisədə məsafəli çalışma istemi üzrə vakansiyaların sayı 71% artım göstərib.

Fins.az-ın məlumatına görə, bu haqda Kommersant nəşri Rabota.ru-ya istinadən yazıb.

Moskvada isə məsafəli çalışma üzrə vakansiyaların sayı isə 25% artım göstərib. Ümumi rezumelərin sayında isə artım 220% olub.

Ən çox vakansiyalar isə təhsil (74%), satış (14%), HR (6%), marketinq (6%) kimi sahələrdə açıqdır. Xidmətdən deyirlər ki, məsafəli çalışma sistemi üzrə işlərin siyahısı daim genişlənir.

Rabota.ru-nun satışlar üzrə direktoru Aleksey Zaxarov:

“Hazırda məsafəli çalışma üzrə bir çox sferalar üzrə işlər mövcuddur və bu da maddi vəziyyəti stabilləşdirə bilər. Bir çox insan əmindir ki, onlar evdən çıxmadan işlərinə davam edə bilərlər”.

@facemark.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bu ölkədə məsafəli çalışma sistemi üzrə vakansiyaların sayı kəskin artdı — Fins.az — Fins.az