Bakı Baş Səhiyyə Mərkəzində yeni təyinat

Bakı Baş Səhiyyə Mərkəzində yeni təyinat

TİBB
492

Şərifova Nərgiz Talıb qızı Bakı Baş Səhiyyə Mərkəzinə direktor müavini təyin edilib.

Fins.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Məlumata görə, Nərgiz Şərifova 2003–2004-cü illərdə Azərbaycan Tibb Universitetində həkim-pediatr ixtisası üzrə internaturanı tamamlayıb. O, 2004–2016-cı illərdə K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində həkim, daha sonra isə şöbə müdiri vəzifələrində çalışıb.

2016–2020-ci illərdə Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdir müavini, 2020–2022-ci illərdə isə Qadın, ana, uşaq və yeniyetmələrin sağlamlığının qorunması sektorunun müdiri vəzifəsində fəaliyyət göstərib.

2023-cü ildən indiyədək Azərbaycan Tibb Universitetinin I uşaq xəstəlikləri kafedrasının assistenti və ATU Tədris Cərrahiyyə Klinikasının Yenidoğulmuşların intensiv terapiyası şöbəsində həkim-neonatoloq kimi çalışıb.

Qeyd edək ki, Nərgiz Şərifova 1-ci dərəcə dövlət qulluqçusudur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bakı Baş Səhiyyə Mərkəzində yeni təyinat — Fins.az — Fins.az