
Azərbaycanlı həkim dünyanın aparıcı göz xəstəlikləri platformasında təmsil olunub
Fins.az – “Badam Medical Center” çoxsahəli tibbi müalicə və diaqnostika mərkəzi olaraq profilaktika, bərpa və sağlamlığın qorunması istiqamətində tibbi xidmətlər təqdim edir.
Mərkəzin məlumatına görə, “Badam Medical Center” Bakının ən yaxşı çoxsahəli tibb mərkəzlərindən biridir və paytaxt sakinlərinə, eləcə də şəhərin qonaqlarına yüksək tələb və standartlara cavab verən tibbi xidmətlərdən istifadə imkanı yaradır.
SICSSO Congress 2026 kornea, göz risklərinə təsir və refraktiv cərrahiyyə sahəsində dünyanın nüfuzlu beynəlxalq araşdırma platformalarından biri hesab olunur.
Mərkəzin məlumatına əsasən, müxtəlif ölkələrdən olan oftalmoloqların iştirak etdiyi tədbirdə göz xəstəliklərinin diaqnostikası, müalicəsi və cərrahi yanaşmalar sahəsində ən son yeniliklər təqdim olunub. Konqres çərçivəsində müasir diaqnostika, cərrahi texnologiyalar və müalicə üsulları üzrə qabaqcıl təcrübələr iştirakçılarla bölüşülüb.
“Badam Medical Center” qeyd edir ki, belə beynəlxalq konqreslərdə iştirak edən həkimlər üçün əsas məqsəd yalnız yeni biliklər əldə etmək deyil, eyni zamanda dünya tibbində baş verən yenilikləri yaxından izləmək, mütəxəssislərlə fikir mübadiləsi aparmaq və müasir tibbin ən son nailiyyətlərini praktikaya tətbiq etmək imkanını əldə etməkdir.
Mərkəzin bildirdiyinə görə, həkimlərin beynəlxalq elmi tədbirlərdə aktiv iştirakı pasiyentlərə göstərilən tibbi xidmətlərin keyfiyyətinə birbaşa təsir edir.
“Badam Medical Center” vurğulayır ki, dünya təcrübəsində tətbiq olunan müasir yanaşmaların klinik praktikaya inteqrasiyası daha dəqiq diaqnostika, daha təhlükəsiz cərrahi avadanlıqlar və dünya standartlarına uyğun tibbi xidmət imkanları yaradır.