Amazon-dan daşları yerindən oynadacaq satınalma

Amazon-dan daşları yerindən oynadacaq satınalma

TİBB
814

Elektron ticarət nəhəngi Amazon şirkəti 8,45 milyard dollara Metro Goldwyn Mayer-i (MGM) satın aldı. Bu satınalma film sənayesində daşları yerindən oynadacaq satınalma kimi xarakterizə olunur.

Fins.az xəbər verir ki, MGM-in arxivində 4 mindən çox film və 17 mindən çox televiziya məzmunu var.

Amazon-un səhmləri xəbərdən sonra 0,5% bahalaşıb.

Amazon-un bu satınalması 2017-ci ildəki 13,7 milyard dollarlıq Whole Foods-ın alışından sonrakı ən böyük ikinci razılaşmadır.

Satınalma, AT&T-nin Discovery ilə birləşməsindən sonra reallaşıb. Son üç il ərzində film sənayesi sahəsinə 85 milyard dollar sərmayə yatıran AT&T Inc. bu iş sahəsini şirkətin tərkibindən ayırıb Discovery Inc. ilə 43 milyard dollarlıq satınalma üçün razılaşmışdı.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Amazon-dan daşları yerindən oynadacaq satınalma — Fins.az — Fins.az