Yeni yaşayış binaları üçün Bakıda 9 min hektar ərazi ayrılıb

Yeni yaşayış binaları üçün Bakıda 9 min hektar ərazi ayrılıb

SOSİUM
352

Fins.az - Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatına əsasən, 2040-cı ilədək Bakıda mənzil fonduna olan tələbatın əhəmiyyətli dərəcədə artacağı proqnozlaşdırılır. “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”na uyğun olaraq, paytaxtda adambaşına düşən ümumi mənzil sahəsinin 20,8 kvadratmetrdən 25 kvadratmetrə qədər artırılması nəzərdə tutulur.

Əhali proqnozlarına əsasən aparılmış hesablamalar göstərir ki, 2040-cı ilədək Bakıda əlavə olaraq təxminən 142,82 min mənzilə tələbat yaranacaq.

Bu tələbatın ödənilməsi məqsədilə tikiləcək yaşayış binaları və evlər üçün təxminən 9 min hektar ərazi nəzərdə tutulub. Həmin ərazilərdə ümumilikdə təxminən 200 min mənzilin inşası mümkün hesab olunur. Bu göstərici 2027-ci ilədək formalaşacaq 49 970 mənzilə və 2040-cı ilədək yaranacaq 92 850 mənzilə olan tələbatın qarşılanması üçün kifayət edəcək.

Hesabatda qeyd olunur ki, son illərdə Bakıda yeni mənzillərin istismara verilməsi də davam edir. Belə ki:

  • 2023-cü ildə 6 443 mənzil (481,6 min m²),

  • 2024-cü ildə 11 min mənzil (933,6 min m²),

  • 2025-ci ildə isə 9 711 mənzil (870,8 min m²) istismara qəbul edilib.

Yaşayış binalarının tikintisinə icazələr təsdiq edilmiş ərazi planlaşdırma sənədləri və şəhərsalma əsaslandırmaları əsasında verilir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhərinin Baş planına uyğun olaraq mənzil tikintisi layihələri üzrə planlaşdırma sənədləri mütəmadi şəkildə təsdiqlənir və bu sənədlər əsasında tikinti layihələrinə icazələr verilir.

Komitənin məlumatına görə, təsdiq edilmiş ərazi planlaşdırma sənədlərinə əsasən mənzil fondunun ümumi həcmi:

  • 2023-cü ildə 1 745,47 min m²,

  • 2024-cü ildə 1 632,37 min m²,

  • 2025-ci ildə isə 1 760,99 min m² təşkil edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Yeni yaşayış binaları üçün Bakıda 9 min hektar ərazi ayrılıb — Fins.az — Fins.az