Yeni kadr hazırlığı üçün 1 aylıq çörəkçilik təlim proqramı istifadəyə verilib

Yeni kadr hazırlığı üçün 1 aylıq çörəkçilik təlim proqramı istifadəyə verilib

SOSİUM
359

Fins.az - Azərbaycanda supermarketlər şəbəkəsi kimi fəaliyyət göstərən Bravo təcrübəsi olmayan namizədləri çörəkçi peşəsi üzrə 1 aylıq ödənişli təlim proqramına dəvət edir. Şirkətin məlumatına görə, proqramın məqsədi iştirakçılara yeni peşə qazandırmaq, onların karyera imkanlarını genişləndirmək və pərakəndə satış sahəsində peşəkar kadr hazırlığını gücləndirməkdir.

Bildirilib ki, təlim proqramı çərçivəsində iştirakçılara təlim müddətində təqaüd ödənilir və proqramı uğurla başa vuran namizədlər üçün rəsmi iş imkanı yaradılır. Eyni zamanda iştirakçılar praktiki təcrübə qazanaraq karyera inkişafı üçün əlavə imkan əldə edirlər.

Məlumata əsasən, proqrama müraciət üçün yaş həddi 18–65 aralığında müəyyən edilib.

Qeyd olunur ki, Bravo tərəfindən təqdim olunan bu proqram yeni peşə öyrənmək və iş həyatına başlanğıc vermək istəyənlər üçün nəzərdə tutulub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Yeni kadr hazırlığı üçün 1 aylıq çörəkçilik təlim proqramı istifadəyə verilib — Fins.az — Fins.az