Yanvarda orta aylıq əməkhaqqı 3,8% artıb

Yanvarda orta aylıq əməkhaqqı 3,8% artıb

SOSİUM
283

Yanvar ayında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1 103,8 manat səviyyəsində olub, bu isə 2025-ci ilin yanvar ayı ilə müqayisədə 3,8% çoxdur.

Fins.az xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin 2026-cı ilin yanvar-fevral aylarını əhatə edən makroiqtisadi göstəricilərində yer alıb.

Bildirilib ki, sektorlar üzrə əməkhaqqı fərqləri nəzərə çarpır: neft-qaz sektorunda orta aylıq əməkhaqqı 4 064,7 manat, qeyri-neft-qaz sektorunda isə 1 050,1 manat təşkil edib.

Məlumata görə, dövlət müəssisələrində çalışan işçilərin orta əməkhaqqı 1 073,2 manat, özəl müəssisələrdə isə 1 133,5 manat olub.

Qeyd olunub ki, bu göstəricilər ölkədə əmək bazarının vəziyyətini, əməkhaqqı artımını və sektorlar üzrə fərqlilikləri izləmək üçün əsas statistik məlumatları təmin edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Yanvarda orta aylıq əməkhaqqı 3,8% artıb — Fins.az — Fins.az