“Xırman” Şirkəti Kommersiya Direktoru Vəzifəsi üzrə Vakansiya

“Xırman” Şirkəti Kommersiya Direktoru Vəzifəsi üzrə Vakansiya

SOSİUM
209

Vakansiya: Kommersiya Direktoru

"Xırman" şirkəti komandasına Kommersiya Direktoru axtarır.

İş yeri:

Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi yolu 100 (istehsalat bazası)

İş şəraiti:

- İş qrafiki: 6 günlük iş həftəsi;

- İstirahət günü: Bazar günü;

- Əmək haqqı: Rəqabətqabiliyyətli (namizədin bilik, təcrübə və peşəkar kompetensiyalarına uyğun olaraq müsahibə əsasında müəyyən ediləcək).

Vəzifə öhdəlikləri:

- Şirkətin ümumi kommersiya strategiyasının hazırlanmasına və icrasına rəhbərlik etmək;

-  Satış, marketinq və müştəri münasibətlərinin idarə olunmasını təmin etmək;

-  Satış hədəflərinin müəyyənləşdirilməsi, icrasına nəzarət etmək və nəticələri qiymətləndirmək;

-  Bazar araşdırmaları aparmaq, rəqib mühitini təhlil etmək və yeni biznes imkanlarını müəyyənləşdirmək;

-  Gəlirlərin və rentabelliyin artırılmasına yönəlmiş kommersiya təşəbbüslərini hazırlamaq və icra etmək;

-  Kommersiya büdcəsini formalaşdırmaq və onun effektiv idarə olunmasını təmin etmək;

-  Satış komandalarının fəaliyyətini idarə etmək, inkişaf etdirmək və performansını qiymətləndirmək;

-  Strateji müştərilər, distribyutorlar və biznes tərəfdaşları ilə yüksək səviyyəli danışıqlar aparmaq;

-  Satış, marja, bazar payı və digər kommersiya göstəricilərini təhlil etmək və rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək;

-  CRM və digər kommersiya idarəetmə sistemlərinin effektiv tətbiqini təmin etmək;

-  Satış və marketinq fəaliyyətinin KPI-lar əsasında monitorinqini və hesabatlılığını təşkil etmək;

-  Logistika, istehsalat və maliyyə bölmələri ilə sıx koordinasiyanı təmin etmək.

 

 Namizədə dair tələblər:

-  Biznesin idarə edilməsi, marketinq, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil;

-  Kommersiya, satış və ya biznesin inkişafı istiqamətində minimum 5–7 il rəhbər vəzifədə iş təcrübəsi;

- FMCG, qida sənayesi və ya istehsalat sektorunda iş təcrübəsi üstünlükdür;

- Strateji planlaşdırma və biznesin inkişafı sahəsində güclü bacarıqlar;

-  Maliyyə göstəricilərinin, satış hesabatlarının və kommersiya analitikasının təhlili üzrə təcrübə;

-  Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;

-  Rus və ingilis dili bilikləri üstünlükdür;

-  MS Office proqramlarında, xüsusilə Excel proqramında yüksək səviyyədə işləmək bacarığı.

Şəxsi keyfiyyətlər:

-  Güclü liderlik və idarəetmə bacarıqları;

-  Strateji və analitik düşüncə tərzi;

-  Nəticəyönümlü və məsuliyyətli yanaşma;

-  Yüksək səviyyədə ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı;

-  Komandanı motivasiya etmək və inkişaf etdirmək bacarığı.

Təklif edirik:

-  Azərbaycanın köklü və dinamik inkişaf edən istehsal şirkətlərindən birində rəhbər vəzifədə çalışma imkanı;

-  Strateji qərarların qəbulunda aktiv iştirak;

-  Peşəkar inkişaf və karyera yüksəlişi perspektivi;

-  Rəqabətqabiliyyətli əmək haqqı və motivasiya sistemi.

Müraciət:

CV-nizi mövzu hissəsində "Kommersiya Direktoru" qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.

Əlaqə: +994 55 293 13 39

Daha ətraflı məlumat üçün LİNKƏ DAXİL OLUN.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Xırman” Şirkəti Kommersiya Direktoru Vəzifəsi üzrə Vakansiya — Fins.az — Fins.az