
Xaricə gedən azərbaycanlıların 80,7 faizi dəmir yolu və avtomobil nəqliyyatından istifadə edib
Cari ilin yanvar-iyul aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 80,7 faizi dəmir yolu və avtomobil nəqliyyatından istifadə edib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, həmçinin xarici ölkələrə səfər edən vətəndaşlarımızın 17,2 faizi hava, 2,1 faizi isə dəniz nəqliyyatına üstünlük verib.