Xankəndidə yeni şəhərsalma mərhələsi başlayır

Xankəndidə yeni şəhərsalma mərhələsi başlayır

SOSİUM
284

Xankəndi şəhərinin yeni Baş planı hazırlanır və layihə çərçivəsində şəhərin gələcək inkişafı üçün genişmiqyaslı tikinti və urbanizasiya işlərinin həyata keçirilməsi nəzərdə tutulur.

Fins.az xəbər verir ki, bunu Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Münaqişədən sonrakı şəhərsalma: məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” mövzusunda tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Baş plan təsdiqləndikdən sonra Xankəndidə daha ciddi və əsaslı tikinti layihələrinin icrasına başlanacaq.

“Elə bir mərhələyə keçəcəyik ki, şəhərdə genişmiqyaslı və sistemli tikinti işlərinin şahidi olacağıq. Xankəndi şəhərinin yeni Baş planı 80 min nəfərlik əhali üçün nəzərdə tutulur. Hazırda isə bu göstərici 62 min nəfərlikdir”, – deyə Elçin Yusubov vurğulayıb.

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir. Forum “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunub və şəhərsalma, dayanıqlı inkişaf və postmünaqişə dövründə yenidənqurma məsələlərinin müzakirəsi üçün beynəlxalq platforma rolunu oynayır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Xankəndidə yeni şəhərsalma mərhələsi başlayır — Fins.az — Fins.az