
WUF13-də təhlükəsizlik və koordinasiya vahid sistemlə təmin olunacaq
WUF13 zamanı daxili koordinasiya məsələləri ilə bağlı digər dövlət qurumları ilə birgə fəaliyyətin təşkili xüsusi diqqət mərkəzində saxlanılır.
Fins.az bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin rəisi Namidan Piriyev WUF13 tarixlərində nəqliyyatın idarə olunması planının təqdimatına həsr olunan brifinqdə bildirib.
O qeyd edib ki, bu çərçivədə hüquq-mühafizə orqanları və digər aidiyyəti dövlət qurumlarının nümayəndələri prosesə cəlb olunacaq.
Onun sözlərinə görə, əsas məqsəd təhlükəsizliyin, hüquqi nəzarətin və ümumi əməliyyatların vahid koordinasiya mexanizmi əsasında həyata keçirilməsidir. Bu istiqamətdə qurum əməkdaşlarının xüsusi hazırlıq mərhələsindən keçəcəyi və fəaliyyətin əlaqəli şəkildə təşkil olunacağı bildirilib.
Namidan Piriyev əlavə edib ki, operativ reaksiya mexanizmləri hazırlanıb və tədbirlər həm təşkilati, həm də icra səviyyəsində həyata keçiriləcək. O, həmçinin qeyd edib ki, yüksək səviyyəli beynəlxalq iştirak nəzərə alınaraq, nümayəndələrin təhlükəsiz daşınması və hərəkətinin təşkili xüsusi nəzarət altında olacaq.