
Videoqraf - VAKANSİYA
Fins.az - Careers Consulting LLC vakansiya elan edir.
Əsas öhdəliklər:
Şirkətin restoran, təhsil və digər layihələri üzrə reklam, təqdimat və sosial media üçün video çəkilişlərinin həyata keçirilməsi;
Promo, Reels, TikTok, Story, corporate və event formatlarında kreativ video kontentlərin hazırlanması;
Food & beverage, lifestyle, event və atmosphere kontentlərinin çəkilməsi;
Çəkilmiş materialların montaj olunması və sosial media platformalarına uyğun formatlanması;
Adobe Premiere Pro, After Effects və digər proqramlar vasitəsilə montaj, rəng korreksiyası və post-prodakşn işlərinin aparılması;
Videolar üzərində keçidlər, musiqi, titrlər, effektlər, color correction və səs uyğunlaşdırılması işlərinin icrası;
Çəkiliş ssenarilərinin hazırlanması və yaradıcı kontent ideyalarının təklif olunması;
Foto çəkilişlərin həyata keçirilməsi və materialların arxivləşdirilməsi;
Instagram, TikTok və YouTube platformaları üçün optimallaşdırılmış kontentlərin hazırlanması;
Marketinq və SMM komandası ilə birlikdə kontent planlamasında iştirak;
Viral və trend kontent formatlarının araşdırılması və tətbiqi;
Mövsümi kampaniyalar, tədbirlər və xüsusi layihələr üçün kontent hazırlanması;
Çəkiliş avadanlıqlarından texniki qaydalara uyğun istifadə olunması;
Kontentlərin vaxtında təhvil verilməsinin təmin edilməsi.
Kvalifikasiya tələbləri:
İş təcrübəsi: Video çəkiliş və montaj sahəsində minimum 2 il;
(Restoran, hospitality, entertainment, retail və ya təhsil sahəsində təcrübə üstünlükdür)
Təhsil: Media, Kino/Video istehsalı, Dizayn, Marketinq və ya əlaqəli sahə üzrə təhsil üstünlükdür;
Tələb olunan bilik və bacarıqlar:
Adobe After Effects və digər montaj proqramları üzrə biliklər;
Professional video çəkilişi üzrə praktiki biliklər;
İşıqlandırma və audio istifadəsi üzrə biliklər;
Kadr quruluşu, kompozisiya və vizual estetika anlayışı;
Rəng korreksiyası və post-prodakşn üzrə biliklər;
Sosial media dinamikası və kontent trendləri üzrə biliklər;
Adobe Premiere Pro proqramında peşəkar səviyyədə işləmək bacarığı;
Reels, TikTok və YouTube Shorts formatlarında dinamik montaj bacarığı;
Storytelling və kreativ kontent hazırlamaq bacarığı;
Detallara diqqət və yaradıcı düşüncə;
Komanda ilə işləmək bacarığı;
Operativ işləmək və deadline-lara riayət etmək bacarığı;
Yeni texnologiya və trendlərə sürətli adaptasiya.
Təklif edirik:
Əmək haqqı: 1000–1500 AZN;
Satış hədəflərinə uyğun bonus sistemi;
Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmi işə qəbul;
Müasir avadanlıq və texniki dəstək;
Stabil və yaradıcı iş mühiti;
Maraqlı layihələr və eventlər üzərində işləmək imkanı;
Peşəkar inkişaf və karyera yüksəlişi perspektivi;
Nahar şirkət tərəfindən təmin olunur.
Tələblərə cavab verən namizədlər CV-lərini və portfolio / iş nümunələrini mövzu hissəsində “Videoqraf” qeyd etməklə ([email protected]) elektron poçt ünvanına göndərə bilərlər.