VAKANSİYA - İT mütəxəssis

VAKANSİYA - İT mütəxəssis

SOSİUM
148

Fins.az - ZZ Motors vakansiya elan edir.


Vəzifə öhdəlikləri:

  • Active Directory, istifadəçi hesablarının və giriş icazələrinin idarə olunması;

  • Lokal şəbəkənin (LAN), internet və Wi-Fi infrastrukturunun fasiləsiz işləməsinin təmin edilməsi;

  • Serverlərin ehtiyat nüsxələrinin (Backup) hazırlanması və bərpasının həyata keçirilməsi;

  • Antivirus və informasiya təhlükəsizliyi tədbirlərinin tətbiqi;

  • Korporativ şəbəkənin  texniki dəstəyi və idarə edilməsi;

  • Cisco, Fortigate, Ubiquiti şəbəkə avadanlıqlarının quraşdırılması, konfiqurasiyası və sorğusuz işləməsinin təmin edilməsi;

  • HP Server, MSA, ESXi və Windows Server (AD, DNS, DHCP, GPO) üzrə texniki dəstək;

  • VDS (Virtual Desktop Server) və virtual mühitlərin idarə edilməsi;

  • Dahua IP kameraların quraşdırılması və nəzarəti;

  • İstifadəçilər üçün texniki problemlərin həlli (Windows 11/10/8/7);

  • Şəbəkə kabel sistemlərinin (SKS) təşkili və problemlərin aradan qaldırılması;

  • TCP/IP, UDP, HTTPS kimi şəbəkə protokolları ilə iş təcrübəsi;

  • İstifadəçilər üçün təlimatların hazırlanması və təlimlərin keçirilməsi.

Vəzifə üzrə tələblər:

  • Ali təhsil;

  • Rus və ingilis dili biliyi arzuolunandır (minimal danışıq bilikləri, texniki sənədlərin oxunması və tərcüməsi);

  • İT sahəsində 1 ildən artıq iş təcrübəsi (şəbəkə, sistem administrasiyası, texniki dəstək);

  • Cisco, Fortigate, Windows Server, ESXi, VDS, MSA, HP Server üzrə bilik;

  • Şəbəkə kabel quraşdırması və IP kameraların quraşdırılması bacarığı;

  • Windows istifadəçi dəstəyi (7, 8, 10, 11) və Office proqramları;

  • Şəbəkə protokolları (TCP/IP, UDP, HTTPS) və təhlükəsizlik əsasları;

  • Sertifikatlar (Cisco CCNA, Fortigate NSE, Microsoft MTA/MCSA) üstünlükdür;

  • Skript yazma (PowerShell, Bash) və avtomatlaşdırma bacarığı arzuolunandır;

  • İT infrastrukturu layihələrinin həyata keçirilməsi təcrübəsi üstünlükdür;

  • Yüksək dərəcədə ünsiyyət və komanda ilə işləmək bacarıqları;

  • Analitik düşüncə və problemləri sürətli həll etmə bacarığı.

Sizə nə təklif edirik?

  • Əlverişli iş mühitində çalışmaq imkanı;

  • Karyera və inkişaf perspektivləri;

  • Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq;

  • Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;

  • İş qrafiki: həftə içi 6 gün, 09:00-18:00

Maraqlanan şəxslər öz CV-lərini [email protected]  elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində mütləq IT mütəxəssis adı yazılmalıdır.

Ünvan: Bakı şəhəri, Nizami rayonu, Babək pr 36E.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
VAKANSİYA - İT mütəxəssis — Fins.az