
VAKANSİYA - İT Biznes Analitik
Fins.az - AYES vakansiya elan edir.
Vəzifə öhdəlikləri
Software layihələri çərçivəsində maraqlı tərəflərlə görüşlərin təşkili, iş sahəsinin öyrənilməsi və tələblərin dəqiqləşdirilməsi
Tələblərin analiz edilməsi, optimallaşdırılması, əsas və alternativ yanaşmaların (modellərin) müəyyən edilməsi və tərəflərlə razılaşdırılması
İT biznes proseslərinin diaqram və sxemlər əsasında vizual təsviri (BPMN əsasında proses diaqramları, Use Case-lərin hazırlanması)
Toplanmış və təhlil edilmiş məlumat əsasında İT həllərin işlənib hazırlanması
Müxtəlif növ hesabat və dashboard-ların hazırlanması
Biznes tələbləri əsasında texniki tapşırıqların (TT) hazırlanması
Tələblərin prioritetləşdirilməsi, "tapşırıqlar hovuzu"nun formalaşdırılması, ilkin icra planının hazırlanması və deadline-ların müəyyən edilməsi
Proqramçılar, layihə menecerləri və digər əlaqədar şəxslərlə əməkdaşlıq edərək layihələrin düzgün həyata keçirilməsini təmin etmək
Hazırlanan səhifə və funksionallıqların ilkin qəbul testlərinin aparılması
Layihənin keyfiyyətinə, zamanına və büdcəsinə nəzarət prosesində iştirak etmək
İT komanda və istifadəçilər üçün təlimlərin keçirilməsi və təqdimatların hazırlanması
Əsas tələblər
Kompüter elmləri, İnformasiya Texnologiyaları və ya əlaqəli sahələrdə bakalavr və ya magistr dərəcəsi
Proqram təminatı layihələrində minimum 1 il İT Biznes Analitik və ya Məhsul Sahibi kimi iş təcrübəsi
Task management alətləri ilə iş təcrübəsi
AGILE, SCRUM bilikləri və komanda ilə iş təcrübəsi
MS Office proqramları ilə iş təcrübəsi (irəli səviyyədə Excel biliyi üstünlükdür)
Orta səviyyə UI/UX bilikləri
Texniki tapşırıq (TT) və proses modelləri (BPMN) hazırlamaq bacarığı
Yüksək analitik təhlil və doğru tələb formalaşdırma bacarığı
Operativ qərarvermə bacarığı və punktuallıq
Fikrini dəqiq, dolğun və səlis təqdim etmə bacarığı
Orta səviyyə API və SQL (PostgreSQL) bilikləri
Dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili (texniki sənədləri anlamaq və ünsiyyət üçün kifayət edəcək səviyyədə), Rus dili (arzuolunandır)
Yaxşı səviyyədə təşkilatçılıq və kommunikasiya bacarıqları
İş şərtləri
İş qrafiki: B.e.–Cümə, 09:00–17:00
Əmək müqaviləsi: Rəsmi
Əmək haqqı: Müsahibə zamanı təyin ediləcək
Biz nə təklif edirik?
İT Biznes Analitik üçün mentorluq və inkişaf planı
Real layihələr üzərində işləmək imkanı
Mehriban və peşəkar komanda
Karyera inkişaf perspektivi (Junior → Middle → Senior)
Müraciət et: https://docs.google.com/forms/d/e/1FAIpQLSeCIncc8jpeijDiIC1dvr4dTDrAx-gPX8qyAA1M4iucXs1pNw/viewform