
VAKANSİYA - Baş Aşpaz
Fins.az - FBCO MMC vakansiya elan edir.
Lokasiya: Port Baku
Vəzifənin təsviri
Wagamama – 1992-ci ildə Londonda yaradılmış, Asiya mətbəxindən ilhamlanan beynəlxalq restoran brendidir. Bu gün Wagamama dünyanın 20-dən çox ölkəsində fəaliyyət göstərir və 230-dan çox restoranı ilə milyonlarla qonağa yüksək keyfiyyətli yemək və unikal restoran təcrübəsi təqdim edir. İnkişafa, komandaya və mükəmməl qonaq xidmətinə dəyər verən Wagamama artıq Azərbaycandadır və komandamıza enerjili, məsuliyyətli və inkişaf etməyə həvəsli əməkdaşlar dəvət edir.
Baş aşpaz /Executive Chef bütün kulinariya əməliyyatlarına, o cümlədən menyunun planlaşdırılmasına, yeməklərin hazırlanmasına, mətbəxin idarə edilməsinə və işçi heyətinə nəzarətə cavabdehdir. Bu rol xərcləri və proseslərin effektivliyiniz idarə etmək və yüksək keyfiyyət standartlarını qorumaq üçün müstəsna kulinariya təcrübəsi, liderlik qabiliyyətləri və işgüzarlıq tələb edir. İdeal namizəd kulinariya innovasiyalarını idarə edəcək, qida təhlükəsizliyi standartlarını qoruyacaq və qonaqların məmnuniyyətini və əməliyyat mükəmməlliyini təmin edərkən yüksək performanslı mətbəx komandasına rəhbərlik edəcəkdir.
Kulinariya Liderliyi:
Mövsümi menyular, gündəlik xüsusi və innovativ yeməklər hazırlayır və tətbiq edir
Yeməklərin hazırlanması və təqdim etməsi üçün keyfiyyət standartlarını yaradır və tənzimləyir
Qida təhlükəsizliyi qaydalarına və sanitariya standartlarına riayət olunmasına nəzarət və təmin edir
Peşəkar təlim və inkişaf program vasitəsi ilə mətbəx işçilərinə rəhbərlik və mentorluq edir
Əməliyyat idaetməsi:
İstehsal, hazırlıq və servis daxil olmaqla gündəlik mətbəx əməliyyatlarına nəzarət edir
Ambar qalıqlarına, ərzaq xərclərinə və büdcəyə nəzarəti idarə edir ərzaq qalıqlarını daima optimal səviyyədə saxlamaq üçün təchizat şöbəsi ilə sıx əlaqədə olur
Təchizatçılar və malsatanlarla əlaqələr qurur və nəzarət edir
İşçi heyətin idarəolunması:
Mətbəx işçilərini işə götürün, təlim keçir və onlara nəzarət edir
İşçilərin iş cədvəllərini qurur və iş bölgüsünü təyin edir
İşçilərin iş fəaliyyətin qiymətləndirilməsini aparır və işçilərin nizam-intizamına nəzarət edir
Müsbət iş mühiti və komanda mədəniyyətini yaradır
Keyfiyyətə Nəzarət:
Yeməklərin daim keyfiyyətli və uyğun zahiri görüşünə malik olmasını təmin edir
Yeməklərin reseptə uyğun olmasına və tullantılara minimum olmasına nəzarət edir
Mətbəx avadanlıqlarının sazlığına və vaxtı-vaxtında təmir olunmasına nəzarət edir
Implement and maintain HACCP standards
HACCP standartlarını tətbiq və həmin standartlara uyğunluğunu təmin edir
Biznes İdarəetməsi:
Rəhbərlik ilə maliyyə hədəflərini təyin etmək və onlara nail olmasına təmin edir
Qida, əmək xərclərini və mətbəxin effektivliyini təhlil edir və optimallaşdırır
Marketing fəaliyyətində və özəl tədbirlərdə iştirak edir
Effektiv iş prosesinə nail olmaq üçün digər şöbələrlə əməkdaşlıq edir
Tələblər
Təhsil:
Kulinariya dərəcəsi və ya akkreditə/təyin olunmuş kulinariya məktəbindən ekvivalent sertifikat tələb olunur.
İngilis dili biliyi vacibdir (İntermediate, xarici təlimlərə qatılacağı üçün)*
İş təcrübəsi
Minimum of 7-10 il aktiv kulinar təcrübəsi
Minimum 3-5 il mətbəx idarəçiliyi təcrübəsi
Asiya mətbəxi təcrübəsi üstünlükdür
Professional Bacarıqlar və Kompetensiyalar:
Kulinariya texnikaları, tendensiyaları və beynəlxalq mətbəxlər haqqında qabaqcıl biliklərə malik olmalı
Güclü liderlik və komanda idarəetmə bacarıqlarına malik olmalı
Mükəmməl təşkilatçılıq və vaxtı idarə etmə bacarıqlarına malik olmalı
Mətbəx idarəetmə proqramlarında və MS Office proqramlarında bacarıqlarına malik olmalı
Güclü işgüzarlıq və xərclərə nəzarət qabiliyyətinə malik olmalı
Qida təhlükəsizliyi sertifikatı və sağlamlıqın qorunması qaydalarına dair biliklərə malik olmalı
Sürətli mühitdə təzyiq altında işləmək bacarıqına malik olmalı
Əla ünsiyyət və şəxsiyyətlərarası bacarıqına malik olmalı
Problemlərin kreativ həll etmə bacarıqına malik olmalı
Əməkhaqqı namizədin bilik və iş təcrübəsinə əsasən müəyyən ediləcək. (Fix + bonus)
Müraciət et: https://careers.sinteks.com/careers/ba-apaz-executive-chef-cfcc63/apply