VAKANSİYA - Baş aşpaz

VAKANSİYA - Baş aşpaz

SOSİUM
275

Fins.az - TAİS İKF satış obyektləri üzrə komandamıza peşəkar və nəticəyönümlü “Baş aşpaz” axtarırıq.

Vəzifə öhdəlikləri:

  • Mətbəxin gündəlik fəaliyyətini təşkil etmək və bütün istehsal prosesinə rəhbərlik etmək

  • Müəssisənin menyusuna uyğun olaraq yeməklərin hazırlanması prosesinə nəzarət etmək

  • Hazırlanan yeməklərin keyfiyyətini, dadını, görünüşünü və təqdimat standartlarını təmin etmək

  • İstehsal planına uyğun olaraq iş bölgüsünü aparmaq və mətbəx heyətinin fəaliyyətini koordinasiya etmək

  • Xammalın qəbulunu, keyfiyyətini və düzgün saxlanmasını nəzarətdə saxlamaq

  • Xammal və hazır məhsulların istifadəsinə, məhsul itkisinin və tullantıların minimuma endirilməsinə nəzarət etmək

  • Məhsulların resepturalara və texnoloji kartlara uyğun hazırlanmasını təmin etmək

  • Sanitariya, gigiyena və qida təhlükəsizliyi qaydalarının tam şəkildə icrasını təmin etmək

  • Mətbəx avadanlıqlarının düzgün istifadəsinə nəzarət etmək, nasazlıqlar barədə rəhbərliyi vaxtında məlumatlandırmaq

  • Xammal, yarımfabrikat və digər ehtiyatların səmərəli istifadəsini təmin etmək

  • Mətbəx əməkdaşlarının işə davamiyyətinə, əmək intizamına və iş keyfiyyətinə nəzarət etmək

  • Yeni əməkdaşların iş prosesinə uyğun təlimatlandırılmasını və peşəkar inkişafını təşkil etmək

  • Mətbəxin təmizliyinə, inventarların sanitariya qaydalarına uyğun saxlanılmasına və istehsal sahəsinin səliqəsinə nəzarət etmək

  • Gündəlik istehsal və məhsul sərfiyyatı üzrə hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək

  • Təchizat, Anbar və digər aidiyyəti şöbələrlə operativ əməkdaşlığı təmin etmək

  • Menyunun hazırlanması, yenilənməsi və yeni yeməklərin hazırlanması ilə bağlı təkliflər vermək

  • Müştəri məmnuniyyətinin artırılması məqsədilə yeməklərin keyfiyyətini daim təhlil etmək və təkmilləşdirmək

  • Əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və daxili intizam qaydalarına riayət olunmasını təmin etmək

  • Müəssisə rəhbərliyinin verdiyi digər xidməti tapşırıqları vaxtında və düzgün yerinə yetirmək

Namizədə tələblər:

  • Aşpazlıq, qida texnologiyası və ya müvafiq sahə üzrə ali və ya peşə təhsili

  • Müvafiq vəzifədə 3–5 il iş təcrübəsi

  • Menyu hazırlanması, reseptlərin tərtibi bacarığı

  • Mətbəx heyətini idarəetmə, iş bölgüsü aparma və komandaya rəhbərlik etmə bacarığı

  • Xammalın, məhsul sərfiyyatının və istehsal prosesinin effektiv idarə olunması bacarığı

  • Operativ qərarvermə, məsuliyyətlilik və yüksək təşkilatçılıq bacarığı

  • Dəqiqlik, məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlü iş prinsiplərinə malik olmaq

İş şəraiti:

  • İş qrafiki: 6 günlük iş  rejimi (şənbə qısa iş günüdür)

  • Əmək haqqı: Minimum 2000 Azn ( yekun olaraq namizədin təcrübə və bacarıqlarına əsasən müsahibə əsasında müəyyən ediləcəkdir)

  • İş yeri: TAİS - İKF MMC

Biz təklif edirik:

  • Dinamik və inkişaf yönümlü iş mühiti

  • Böyüyən şəbəkədə karyera imkanları

Maraqlanan namizədlər öz CV-lərini  [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
VAKANSİYA - Baş aşpaz — Fins.az — Fins.az