VAKANSİYA - Backend üzrə baş proqramçı

VAKANSİYA - Backend üzrə baş proqramçı

SOSİUM
205

Fins.az - PASHA Insurance vakansiya elan edir.

Vakansiya haqqında məlumat:

“PAŞA Sığorta” ASC namizədləri Backend üzrə baş proqramçı (.Net) vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə öhdəlikləri:

  • PAŞA Sığorta-nın mövcud olan informasiya sistemlərinin texniki dəstəyi və inkişafı

  • Kodlara baxış (Code review) keçirilməsi

  • İnformasiya sistemlərində yaranan nasazlığa dərhal reaksiya verir və sistemlərin xidmətində pozuntuların aradan qaldırılması üzrə müvafiq, təcili tədbirlər görür

  • Təlimata uyğun olaraq sistemlərdə olan xidməti informasiyanın bərpası və bütövlüyünün sistematik yoxlanılmasını təmin edir

  • Yeni sistemlərin tətbiqində və yaratmasında üçüncü tərəf təşkilatların iş prosesini təşkil edir

  • Mobil tətbiq və digər servis üzərindən qoşulmalar üçün lazım olan API və s. hazırlanmasında digər proqramçılarla birgə işləmə

  • Birbaşa rəhbəri tərəfindən İT infrastrukturuna aid olan digər tapşırıqları yerinə yetirmək

Təhsil və ixtisas:

  • Ali-bakalavr

Sertifikatlar:

  • Arzuolunandır

İş şərtləri:

  • Təcrübə: 3 il

Bilik və bacarıqlar.

Sahə/ixtisas bilik, bacarıqları:

  • Enterprise səviyyəli tətbiqlərin hazırlanması

  • Asp.Net Core, C#, SQL, RESTful API – ekspert səviyyəsi

  • Sistem arxitekturunun planlanması və dizaynı

  • Kodlara baxış (Code Review) və texniki mentorluq

  • CI/CD, Docker, GitFlow, Jenkins və s.

  • Tətbiq təhlükəsizliyi və məlumat mühafizəsi

Davranış bacarıqları:

  • Komanda liderliyi və texniki yönləndirmə

  • Performans izləmə və kod keyfiyyətinin təmini

  • Məhsul yönümlü düşüncə və strateji planlama

  • Stakeholder-lərlə effektiv kommunikasiya

  • Kritik problemlərin idarə olunması

Dil bilikləri:

  • Azərbaycan, ingilis və rus dili bilikləri.

Müraciət et: https://career.pasha-insurance.az/jobs/7199923-backend-uzr-bas-proqramci-net

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
VAKANSİYA - Backend üzrə baş proqramçı — Fins.az — Fins.az