Ümrə ziyarəti zamanı çətinliklə üzləşən Azərbaycanlı turistlərə dəstək

Ümrə ziyarəti zamanı çətinliklə üzləşən Azərbaycanlı turistlərə dəstək

SOSİUM
351

Azərbaycanın turizm sektorunda fəaliyyət göstərən şirkətlərdən biri olan Hisar Tour müştərilərinə göstərdiyi davamlı dəstəklə seçilir.

Müharibə dövründə ümrə ziyarətinə yollanan bir qrup turist uçuşların ləğv olunması səbəbindən hava limanlarında çətin vəziyyətlə üzləşib. Nəticədə bir çox zəvvar hava limanında gecələmək məcburiyyətində qalıb.

Belə bir həssas məqamda bəzi şirkətlər müştərilərinə lazımi dəstək göstərməsə də, Hisar Tour fərqli yanaşma nümayiş etdirib. Şirkət ümrə ziyarətinə gedən müştərilərini otelə yerləşdirib, onların gecələmə və yemək xərclərini tam şəkildə öz üzərinə götürüb.

Bundan əlavə, həmin dövrdə eyni çətinliklərlə üzləşən tur rəhbərləri də diqqətdən kənarda qalmayıb. Hisar Tour bütün rəhbərlərinə dəstək göstərərək onları ən çətin anlarında tək qoymayıb.

Turizm ekspertlərinin fikrincə, belə hallarda şirkətlərin həm müştərilərinə, həm də əməkdaşlarına sahib çıxması onların cəmiyyətdə etibarlılığını artırır və uzunmüddətli loyallığın formalaşmasına mühüm töhfə verir.


OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Ümrə ziyarəti zamanı çətinliklə üzləşən Azərbaycanlı turistlərə dəstək — Fins.az — Fins.az