
Ticarətin maliyyələşdirilməsi Məhsul üzrə Mütəxəssis - VAKANSİYA
Fins.az - PASHA Bank vakansiya elan edir.
Təsvir
Korporativ müştəriləri Bankın ticarətin maliyyələşdirilməsi məhsulları ilə təmin olunması və korporativ müştərilərin Korporativ Bankçılıq və Kommersiya Bankçılığı seqmentləri üçün bu əməliyyatların strukturlaşdırılması;
Mövcud və yeni müştərilərə satış təqibi çərçivəsində korporativ satışların idarəedilməsi üzrə müştəri menecerləri ilə qarşılıqlı əlaqənin qurulması;
Bankın müştəriləri üçün sənədli əməliyyatların (akkreditivlər, kredit məktubları və bank zəmanətləri) idarəedilməsi;
Maliyyə təhlili şöbəsi ilə birlikdə müştərilər üçün ticarətin maliyyələşdirilməsi əməliyyatlarının strukturlaşdırılmasında iştirakın təmin edilməsi;
Sənədli əməliyyat məhsullarının hazırlanması və satışların dəstəklənməsi;
Müştəri tərəfindən ticarətin maliyyələşdirilməsi üzrə razılaşmanın tələblərinə komplayens baxımından riayət olunmasına müntəzəm monitorinqin aparılması, müştərinin mövcud öhdəliklərinin vaxtında ödənilməsinin/icrasının təmin və monitorinq edilməsi;
Ticarət maliyyələşdirilməsi sazişləri üzrə münasib qiymət və razılıq üçün səmərəli yardımın göstərilməsinin, müştərilərin tələbatının müəyyənləşdirilməsinin və ən müasir ticarət maliyyələşdirilməsi məhsulları haqqında məlumatların verilməsinin təmin edilməsi;
Müştərilərin ticarət maliyyələşdirilməsi üzrə sorğularının araşdırılması;
Bankın ticarətin maliyyələşdirilməsi üzrə fəaliyyətini dəstəkləmək məqsədilə yerli və xarici müxbir banklarla səmərəli ünsiyyətin saxlanılması;
Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar və s.
Tələblər
Təhsil səviyyəsi və istiqaməti: Maliyyə və İqtisadiyyat üzrə;
İş təcrübəsi (il və/və ya sahə olaraq): 1-3 il;
Dil bilikləri: İngilis, Rus;
Kompüter bilikləri: Microsoft Office;
Digər Məhsul üzrə biliklər: Bank məhsulları.
Vakansiya növü - Tam ştat