
Tibbi Nümayəndə (Medical Representative) - VAKANSİYA
Fins.az - Ascent MMC vakansiya elan edir.
Vəzifənin təsviri
Bu vəzifə aktiv sahə işini (field work) əhatə edir və şirkətin farmasevtik preparatlarının həkimlər, apteklər və tibb müəssisələri arasında tanıdılması və təşviqinə yönəlib.
Əsas məqsəd həkimlərlə uzunmüddətli əməkdaşlıq qurmaq və məhsullara olan tələbatı artırmaqdır.
Əsas öhdəliklər
Şirkətin farmasevtik məhsullarının həkimlər və apteklər arasında təşviqi
Dövlət və özəl klinikalarda çalışan həkimlərə müntəzəm ziyarətlərin həyata keçirilməsi
Həkimlərlə peşəkar və uzunmüddətli əlaqələrin qurulması
Məhsulların təqdimatı, üstünlüklərinin və klinik xüsusiyyətlərinin izahı
Tibbi tədbirlərin, seminar və konfransların təşkili və iştirak
Apteklərdə məhsulların mövcudluğuna nəzarət və aptek şəbəkələri ilə əməkdaşlıq
Bazarın və rəqiblərin təhlili, həkimlərdən geri bildirimlərin toplanması
Təyin olunmuş ziyarət planı və KPI-ların yerinə yetirilməsi
Namizəddən gözləntilər
Tibbi nümayəndə və ya farmasevtik satış sahəsində iş təcrübəsi (üstünlükdür)
Tibbi və ya farmasevtik təhsil (üstünlükdür)
Güclü ünsiyyət və təqdimat bacarıqları
Aktiv sahə işinə hazır olmaq
Azərbaycan dilində səlis danışıq, rus və/və ya ingilis dili arzuolunandır
Nəticəyönümlü, məsuliyyətli və intizamlı yanaşma
İş şəraiti
Bakı şəhəri
İş qrafiki: B.e. – Cümə, 09:00 – 17:00
Rəqabətli sabit əmək haqqı + bonus sistemi
Karyera və peşəkar inkişaf imkanları
CV-lərinizi “Tibbi nümayəndə” başlığı ilə elektron poçt ([email protected]) ünvanına göndərə bilərsiniz.