Temperatur 40 dərəcəyə yüksələcək – SABAHIN HAVASI

Temperatur 40 dərəcəyə yüksələcək – SABAHIN HAVASI

SOSİUM
810

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə 12 iyunda Bakıda və Abşeron yarımadasında havanın günəşli olacağı gözlənilir. Cənub-şərq küləyi  əsəcək.

Havanın temperaturu  Abşeron yarımadasında gecə 19-23, gündüz  34-38, Bakıda gecə 21-23, gündüz 35-37 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan aşağı 754  mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 25-35 faiz təşkil edəcək.  

12 iyunda Azərbaycanın rayonlarında  hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz  bəzi şimal və qərb rayonlarında  şimşək çaxacağı, lokal leysan xarakterli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər  dağlarda duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 35-40, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə  isti olacaq.

Tibbi-meteoroloji proqnoz

İyunun 12-də Abşeron yarımadasında  zəif küləklərin üstünlüyü, bəzi saatlarda durğun hava şəraiti və gündüz isti temperatur diskomfortu gözlənilir ki, bu da  meteohəssas insanlar üçün əlverişsizdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Temperatur 40 dərəcəyə yüksələcək – SABAHIN HAVASI — Fins.az — Fins.az