Təlim və personalının inkişafı üzrə menecer - VAKANSİYA

Təlim və personalının inkişafı üzrə menecer - VAKANSİYA

SOSİUM
373

Fins.az - Prime Accessories Mağazalar Şəbəkəsi vakansiya elan edir.


Prime Accessories – yeniliklərə açıq və karyera inkişafını əsas tutan innovativ, dinamik bir şirkətdir. 

Hansı işləri görəcəksiniz:

  • Satış praktikaları ilə bağlı təlimlər hazırlayıb, periodik olaraq heyətə tədris etmək;

  • Təlim sonrası əməkdaşların performansının izlənilməsi və onların inkişafına dair rəy verilməsi;

  • Personala Satışdan əlavə Liderlik, Zamanın idarə edilməsi, Stressin idarə edilməsi, Motivasiya, Kritik düşüncə, Soft bacarıqlar mövzusunda təlimlər keçmək;

  • Mağaza ziyarətlərində iştirak edib, mağaza heyətinin təlim ehtiyaclarını təyin edərək, təlimlər təşkil etmək;

  • Yeni əməkdaşların işə qəbul prosesində iştirak etmək;

  • Tədris sonrası həyata keçirilən imtahanların nəticələrinin açıqlanması və qeydiyyatının aparılması;

  • İşçilərin ixtisaslarının və peşəkarlığının artırılması, həmçinin görülən işlərin təqib edilməsi;

  • Motivasiya proqramlarının təşkil edilməsi;

  • Satışın artırılması üçün filiallara dəstək olmaq;

  • Sahə üzrə yenilikləri təqib edib (daxili və xarici bazar araşdırmaları) və təlimlərin faydalılığının artırılması üçün sorğu və analizlər etmək;

  • Gördüyü işlərin aylıq, rüblük və illik hesabatanı birbaşa rəhbərə təqdim etmək.

Hansı super gücləriniz olmalıdır:

  • Ali Təhsil;

  • Satış sektorunda minimum 5 il iş təcrübəsi və mütləq minimum 2 il təlimçi fəaliyyəti;

  • MS Office proqramlarını əla səviyyədə bilməli;

  • Rus dili və İngilis dili bilikləri mütləqdir;

  • Komanda idarə etmə bacarığı;

  • Təqdimat və danışıq bacarığı;

  • Ünsiyyət bacarığı;

  • Analitik düşünmə bacarığı.

Biz sizə nələr təklif edirik:

  • Əmək haqqı: nett 1500 Azn + KPİ uyğun bonus

  • 5 günlük iş qarfiki

  • Şirkət məhsullarını endirimlə əldə etmək imkanı;

  • Partnyor olduğumuz məkanların xidmətlərindən və məhsullarından endirimlə yararlanmaq imkanı;

  • Şirkət daxili təlim və inkişaf imkanları;

  • Karyera yüksəlişi imkanı.

Bizim komandaya necə qoşula bilərsiniz:

Əgər siz də öz potensialınıza güvənir və axtardığımız namizəd məhz sizsiniz deyirsizsə sizlə tanış ola bilməyimiz üçün öz CV-lərinizi “Təlim və personalının inkişafı üzrə menecer” başlığı ilə qeyd olunan elektron poçt ([email protected]) ünvanına göndərə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Təlim və personalının inkişafı üzrə menecer - VAKANSİYA — Fins.az — Fins.az