
Təcili yardım üzrə tibb bacısı - VAKANSİYA
Fins.az - Medco Hospital Group vakansiya elan edir.
Heydər Əliyev adına Beynəlxalq Hava Limanı üçün tibb məntəqələrində tibbi xidmətlərin təşkili məqsədi ilə Təcili yardım tibb bacısı vakansiyası aktivdir.
Vəzifə öhdəlikləri:
Hava limanında fəaliyyət göstərən tibb məntəqəsində ilkin tibbi yardım göstərə bilmək;
Təxirəsalınmaz tibbi yardım halında həkimə kömək etmək, zəruri hallarda xəstəni müvafiq xəstəxanaya yönləndirmək;
Qan təzyiqi, nəbz, temperatur və digər ilkin göstəriciləri ölçmək, klinik vəziyyəti qiymətləndirmək;
Tibb məntəqəsində istifadə olunan avadanlıq və dərman ehtiyatının qeydiyyatını aparmaq, ehtiyatları nəzarətdə saxlamaq;
Sanitariya‑gigiyena, aviasiya mühiti üçün spesifik tibb prosedurlarına riayət etmək;
Tibb məntəqəsinin gündəlik fəaliyyətində qeydiyyat aparmaq, pasiyent məlumatlarını sistemləşdirmək.
Tələblər:
Orta tibb ixtisas təhsili (tibb bacısı, feldşer);
Səhiyyə Nazirliyinin sertifikasiyası;
Minimum 1–3 il ilkin tibbi yardım üzrə iş təcrübəsi;
İngilis dili və Rus dili üzrə biliyi üstünlükdür;
Yüksək ünsiyyət bacarığı, stress altında çevik işləmə qabiliyyəti;
Dəyişkən iş qrafiki (növbəli iş, gecə növbələri) üçün hazır olmalı.
İş şəraiti:
İş yeri: Bakı şəhəri, Heydər Əliyev adına Beynəlxalq Hava Limanı
İş qrafiki: Növbəli (gecə-gündüz)
Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə əsnasında dəyərləndirməklə müəyyən olunacaq;
Müraciət etmək üçün vakansiya tələblərinə uyğun namizədlər mövzu başlığına “Təcili yardım üzrə tibb bacısı” qeyd edərək CV- nizi qeyd olunan elektron poçt ([email protected]) ünvanına göndərə bilər.
Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaq.