Tabelçi (Qarabağ bölgəsində layihələr) - VAKANSİYA

Tabelçi (Qarabağ bölgəsində layihələr) - VAKANSİYA

SOSİUM
684

Fins.az - North West Tabelçi (Qarabağ bölgəsində layihələr) vəzifəsinə vakansiya elan edir.

Vəzifə funksiyaları:

  • Layihələr üzrə işçilərin şəxsi işlərini aparmaq və yaratmaq;

  • İşçilərin davamiyyətinə nəzarət edilməsi, tabelin hazırlanması və İR Departamentinə göndərilməsini təmin etmək;

  • İşə qəbul olunma, işdən azad olunma, məzuniyyət, ezamiyyət, vəzifə artımı və İR-a aid digər sənədlərin İR departamentinə göndərilməsini təmin etmək;

  • Əmək müqaviləsi şərtlərini və şirkətin daxili intizamına pozulması haqda İR departamentine məlumat vermək və Əmək Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq tədbirlər görmək;

  • İnsan resursları qaydaları və prosedurlarının hazırlanmasında iştirak etmək və müntəzəm olaraq Layihələr üzrə təkliflər vermək;

  • İşçilərin məlumatları Elektron məlumat bazasına əlavə etmək və Layihələr üzrə İK ilə əlaqəli məlumat bazalarını müntəzəm olaraq yeniləmək;

  • Cari gün üçün işçilərin sayına uyğun olaraq layihədə işləyən işçilər üçün bir yemək sifarişi vermək;

  • Layihə işçilərinin şikayətlərini araşdırmaq və onu İnsan Resursları Departamentinə çatdırmaq;

  • HR ilə bağlı tədbirlərin və görüşlərin təşkilində iştirak etmək;

  • Layihə üzrə vaxtında, düzgün və səmərəli gündəlik fəaliyyəti təmin etmək üçün İİB-ə dəstək vermək;

  • İnkişaf hesabatlarını dəstəkləmək üçün, nüsxələrin İT Departamentinə göndərilməsini təmin etmək;

Tələblər:

  • Komputer bilikləri: Microsoft Office tools (Word/Excel/PowerPoint/Outlook) əla səviyyədə bilmək;

  • Kadr işinin təşkili və hesabatların tərtibini bilmək

  • Kadrlarla bağlı bütün sənədləşməni əmr, arayış, təqdimat, tabel və s. sənədlərinin təşkilini əla səviyyədə bilmək

  • Azərbaycan Qanunvericiliyinə əsasən məzuniyyət, müavinat, kompensasiyaların verilməsi və ödənilməsi qaydalarını yaxşı bilmək

Maraqlanan namizədlərdən öz CV-lərini mövzu hissəsində "Tabelçi" qeyd edərək [email protected] və ya [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Tabelçi (Qarabağ bölgəsində layihələr) - VAKANSİYA — Fins.az — Fins.az