Şuşa Trabzonla qardaşlaşır — qardaş şəhərlərin sayı 10-a çatır

Şuşa Trabzonla qardaşlaşır — qardaş şəhərlərin sayı 10-a çatır

SOSİUM
239

Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandum imzalanıb. Bununla da Şuşanın qardaş və əməkdaşlıq münasibətləri qurduğu şəhərlərin sayı 10-a çatıb.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Bakıda keçirilən WUF13 çərçivəsində keçirilən tədbirdə məlumat verib.

O, “Münaqişədən sonrakı şəhərsalma: məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” mövzusunda çıxışı zamanı bildirib ki, Şuşa indiyədək 9 şəhərlə qardaşlıq və əməkdaşlıq münasibətləri qurub.

“Bu gün Türkiyənin Trabzon şəhəri ilə də qardaşlaşmaya dair memorandum imzalanacaq. Bununla da bu say 10-a çatacaq”, – deyə Aydın Kərimov vurğulayıb.

Yeni memorandumun Şuşa ilə Trabzon arasında mədəni, humanitar, turizm və şəhərsalma sahələrində əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyi gözlənilir.

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir. Forum çərçivəsində şəhərsalma, dayanıqlı inkişaf və postmünaqişə dövründə şəhərlərin bərpası məsələləri müzakirə olunur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Şuşa Trabzonla qardaşlaşır — qardaş şəhərlərin sayı 10-a çatır — Fins.az — Fins.az