Şimal bölgəsində temperatur mənfi 12 dərəcəyədək enib

Şimal bölgəsində temperatur mənfi 12 dərəcəyədək enib

SOSİUM
893

Ötən gün axşam saatlarından başlayaraq ölkənin şimal bölgəsində hava şəraiti dəyişib.

Fins.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bölgənin bəzi yaşayış məntəqələrinə qar yağıb. Qubanın Xınalıq və Qrız kəndlərində qarın hündürlüyü 13 sm, Xaltan kəndində 5 sm, rayon mərkəzində 3 sm, Qusarda 4 sm, Xızının Altıağac qəsəbəsində 5 sm-ə çatıb.

Ən aşağı temperatur isə Qubanın Xınalıq və Qrız kəndlərində qeydə alınıb. Burda temperatur mənfi 12 dərəcəyədək enib.

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Şimal bölgəsində temperatur mənfi 12 dərəcəyədək enib — Fins.az — Fins.az