Sərnişinlərin NƏZƏRİNƏ: Marşrutun hərəkət sxemində dəyişiklik edildi

Sərnişinlərin NƏZƏRİNƏ: Marşrutun hərəkət sxemində dəyişiklik edildi

SOSİUM
647

Sərnişinlərin müraciəti nəzərə alınaraq Bakı Beynəlxalq Avtovağzal Kompleksini Xocasən qəsəbəsi ilə əlaqələndirən 157 nömrəli müntəzəm marşrutun hərəkət sxemində dəyişiklik edilib.

Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, dəyişikliyə əsasən, marşrut üzrə avtobusların son dayanacaq məntəqəsi Xocasən qəsəbəsində şəhid ailələri və müharibə veteranları üçün inşa edilən yeni yaşayış kompleksi müəyyən edilib.

Qeyd edilən əraziyə marşrutun fəaliyyəti sabahdan təmin ediləcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Sərnişinlərin NƏZƏRİNƏ: Marşrutun hərəkət sxemində dəyişiklik edildi — Fins.az — Fins.az