Sel təhlükəli çayların zərərli təsirinə qarşı tədbirlər həyata keçiriləcək

Sel təhlükəli çayların zərərli təsirinə qarşı tədbirlər həyata keçiriləcək

SOSİUM
890

Azərbaycanda sel və daşqın təhlükəli bəzi çayların zərərli təsirinə qarşı tədbirlər həyata keçiriləcək.

Fins.az-ın məlumatına görə, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti sel və daşqın təhlükəli çayların zərərli təsirinə qarşı mübarizə və qəza vəziyyətinin aradan qaldırılması tədbirləri məqsədilə 3 obyekt üzrə açıq tender elan edib.

Tədbirlərə uyğun olaraq, Xaçmaz rayonu ərazisində Qudyalçay, Ağçay və digər çaylarda, eləcə də Astara rayonunun Pensərçay çayında sahilbərkitmə işləri aparılacaq. Astara çayının məcrası 138-ci sərhəd nişanından 141-ci sərhəd nişanına kimi təmizlənəcək.

Ağcabədi rayonu ərazisində Qarqarçayda selə qarşı mübarizə tədbirləri həyata keçiriləcək.

İddiaçılar öz tender təkliflərini 14 aprelədək təqdim etməlidirlər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Sel təhlükəli çayların zərərli təsirinə qarşı tədbirlər həyata keçiriləcək — Fins.az — Fins.az