Şəbəkələr üzrə baş mütəxəssis (Senior Network Admin) - VAKANSIYA

Şəbəkələr üzrə baş mütəxəssis (Senior Network Admin) - VAKANSIYA

SOSİUM
191

Fins.az - Guven Technology MMC vakansiya elan edir.


Təsvir

  • Şirkətin şəbəkə infrastrukturunun layihəsinin hazırlanmasında iştirak etmək 

  • Qurulacaq şəbəkələrin fiziki və məntiqi topoloji sxemlərini hazırlayıb və yenilənməsinə nəzarət etmək

  • Yeni şəbəkə avadanlıqlarını, istifadəçi qurğularını şəbəkəyə təhlükəsiz əlavə etmək;

  • Şəbəkə infrastrukturu üçün texniki sənədləşməni təşkil etmək

  • Aktiv və passiv şəbəkə avadanlıqlarının quraşdırılmasını, konfiqurasiyasını yerinə yetirmək;

  • Şəbəkə yükü və trafik optimizasiyasını təhlil edib və təkliflər vermək

  • Telekommunikasiya avadanlıqlarının fasiləsiz işinin təmin etmək;

  • Şəbəkə resurslarında risklərin qiymətləndirilməsi üzrə təkliflər vermək;

  • Məsuliyyət daşıdığı sahələrdə informasiya təhlükəsizliyinin qorunması üçün müvafiq tədbirlər gömək;

  • Əsas və əlavə internet bağlantılarının işlək, saz və təhlükəsiz vəziyyətdə olmasının davamlı monitorinqi, yaranmış nasazlıqların qısa müddətdə aradan qaldırılmasını icra etmək;

  • Kompüter şəbəkəsində baş verən nasazlıqların reaktiv həllindən proaktiv şəkildə planlı aradan qaldırılmasına çalışmaq;

  • Kompüter istifadəçilərinin şəbəkə xidmətlərindən məmnun qalmasına, fasiləsiz işləməsinə çalışmaq;

  • Şəbəkə infrastrukturunun xaotik vəziyyətdən irearxik, idarəolunan, təhlükəsiz və sabit vəziyyətə gətirilməsi istiqamətində tədbirlər görmək;

  • Site-to-Site, Point-to-Site tipli VPN şəbəkələrinin planlanması, təhlükəsiz yaradılması və müvafiq qaydada sənədləşdirilməsini həyata keçirmək;

  • Xidmət etdiyimiz VoİP sistemlərinin fasiləsiz, etibarlı, təhlükəsiz işləməsini təmin etmək;

  • Şəbəkə avadanlıqları və NGFW üzrə davamlı monitorinq aparmaq, müvafiq dövrü hesabatların hazırlanaraq idarə rəhbərinə elektron variantda təqdim etmək;

  • Mümkün olan bütün hallarda şəbəkədə mikroseqmentləşdirmə aparmaq, “Zero Trust”, “Defense-in-Depth”, “Layered Security” tələblərini, tövsiyələrini nəzərə almaq, şəbəkə təhlükəsizliyində ən yaxşı təcrübələrə əsaslanmaq və tətbiq etmək;

  • İT siyasəti, o cümlədən şəbəkə siyasəti ilə tanış olmaq, orada qeyd edilmiş tələb və tövsiyələrə qeyd-şərtsiz əməl etmək;

Tələblər

  • Ali Təhsil (müvafiq istiqamət üzrə);

  • Müvafiq sahədə 4-5 il iş təcrübəsi;

  • Şəbəkə avadanlıqlarının (Palo Alto, CİSCO, HP , Fortinet (Fortigate) və s. ) idarə olunması və sazlanması üzrə geniş nəzəri və praktik bacarıqlar;

  • Cisco, Juniper,HPE Aruba kimi şəbəkə cihazları ilə təcrübə;

  • Şəbəkə təhlükəsizliyi qaydaları və firewall ( Fortinet, Palo Alto) idarəetməsində təcrübə;

  • Şəbəkə monitorinqi üçün proqram təminatları ( SolarWinds, Nagios, Zabbix) ilə işləmə təcrübəsi;

  • Trafik Analizi və Problem Həlli: Wireshark və digər analiz alətləri ilə şəbəkə problemlərini aşkar etmək bacarığı;

  • Telekommunikasiya şəbəkələrinin quruluşu və arxitekturası haqda geniş nəzəri və praktiki biliklərin olması; 

  • CCNP, NSE4 və PCNSE sertifikatları üzrə biliklərə sahib olmaq (sertifikat arzuolunandır).

Vakansiya növü - Tam ştat

Müraciət et: https://jobs.glorri.com/vacancies/gtc/gtc-sebekeler-uzre-bas-mutexessis-senior-network-admin-65455

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Şəbəkələr üzrə baş mütəxəssis (Senior Network Admin) - VAKANSIYA — Fins.az — Fins.az