Sahə mühəndisi (beton-qəlib işləri üzrə, Sumqayıt) - VAKANSİYA

Sahə mühəndisi (beton-qəlib işləri üzrə, Sumqayıt) - VAKANSİYA

SOSİUM
322

Fins.az - Kristal vakansiya elan edir.


Vəzifə öhdəlikləri: 

  • Dəmir-beton layihələrinin hesabatının yoxlanılması;

  • Beton, armatur və qəlib miqdarının hesablanması;

  • Materialların ayırd edilməsi;

  • Podratçı tərəfindən görülən dəmir və qəlib işlərinə nəzarət edilməsi və təhvil alınması;

  • Beton işlərinə nəzarət edilməsi;

  • Görülmüş işlər üzrə günlük, aylıq hesabatlar hazırlayıb rəhbərliyə təqdim etmək. 

Tələblər:

  • Ali təhsil (memarlıq və ya inşaat mühəndisliyi ixtisasından məzun olmaq)

  • Beton-qəlib sahəsi üzrə minimum 2 il iş təcrübəsi;

  • Yaxşı səviyyədə Microsoft Office və Autocad proqram bilikləri;

  • Problemi qısa zaman çərçivəsində həll etmə və analiz bacarığı;

  • Detallara diqqətli yanaşması və minimum bir layihə bitirməsi.

İş şəraiti:

  • 6 günlük iş qrafiki;

  • İş yeri: Sumqayıt;

  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Mühəndis (Beton-qəlib işləri üzrə, Sumqayıt)” yazmaqla qeyd olunan elektron ünvanına ([email protected]) göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Sahə mühəndisi (beton-qəlib işləri üzrə, Sumqayıt) - VAKANSİYA — Fins.az — Fins.az