Sabunçuda tuneldə yol çöküb – hərəkətdə çətinlik yaranıb

Sabunçuda tuneldə yol çöküb – hərəkətdə çətinlik yaranıb

SOSİUM
356

Bakının Sabunçu rayonu ərazisində yerləşən tuneldə asfalt örtüyünün çökməsi qeydə alınıb.

Fins.az xəbər verir ki, hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Məlumata görə, yağış sularının tez-tez dolduğu tuneldə yolun xeyli hissəsində çökmə yaranıb. Nəticədə həmin ərazidən keçən nəqliyyat vasitələrinin hərəkətində çətinliklər müşahidə olunur.

Qeyd edilib ki, ötən ayın sonlarından etibarən ölkə ərazisində başlayan intensiv yağışlar bir sıra bölgələrdə yol infrastrukturuna da təsir göstərib və müxtəlif ərazilərdə yol çökmələri qeydə alınıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Sabunçuda tuneldə yol çöküb – hərəkətdə çətinlik yaranıb — Fins.az — Fins.az