Sabaha olan HAVA PROQNOZU

Sabaha olan HAVA PROQNOZU

SOSİUM
582

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə 19 iyunda Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayimşimalküləyiəsəcək.

Havanın temperaturu  Abşeron yarımadasında gecə 21-24, gündüz  30-35, Bakıda gecə 22-24, gündüz 32-34 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan aşağı 754 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz  40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mülayim şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 21-22, cənub çimərliklərində(Türkan, Hövsan, Sahil, Şıx) 23-24 dərəcə isti olacaq. 

19 iyunda Azərbaycanın rayonlarında  hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq ərazilərdə  şimşək çaxacağı, qısamüddətli  yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər  dağlarda duman olacaq, ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 35-39, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə  isti olacaq.  

Tibbi-meteorolojiproqnoz

İyunun19-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Sabaha olan HAVA PROQNOZU — Fins.az — Fins.az