Risklərin İdarə edilməsi İdarəsinin Bazar riski şöbəsinin aparıcı mütəxəssisi -  VAKANSİYA

Risklərin İdarə edilməsi İdarəsinin Bazar riski şöbəsinin aparıcı mütəxəssisi -  VAKANSİYA 

SOSİUM
209

Fins.az - Xalq Bank vakannsiya elan edir.

Təsvir

  • Stress testlərin həyata keçirilməsində iştirak (ölkə üzrə makro datanın və bankdaxili datanın toplanılması, ssenarilərin seçilməsi və s. kimi olmaqla, prosesə sonadək dəstək göstərilməsi);

  • GAP analizinin aparılmasında iştirak (datanın toplanılması və hesabatın dövrü olaraq yenilənməsində dəstəyin göstərilməsi);

  • Ölkə və dünya üzrə maliyyə bazarlarında və iqtisadiyyatda baş verən hadisələrin izlənilməsi, dövrü hesabatlıq və müvafiq rəyin hazırlanmasında iştirak;

  • Bankın maliyyə bazarlarında iştirakı ilə bağlı dövrü fəaliyyətinə rəy verilməsində iştirak;

  • Bazar və likvidlik risklərinin idarə edilməsi fəaliyyəti üzrə şöbənin gündəlik işinə müəyyən səviyyədə yardım göstərmək.

Tələblər

  • Ali magistr təhsili (iqtisadi və ya maliyyə);

  • Bank və ya əlaqəli maliyyə sektorunda minimum 3 il iş təcrübəsi;

  • Müvafiq sahəyə dair ölkədaxili bank qanunvericilik və qaydaları üzrə biliklər (beynəlxalq nəzəri və praktiki biliklər arzuolunandır);

  • Aktiv, passiv, kapitalın strukturu, likvid və qeyri-likvid aktiv və öhdəliklər üzrə biliklər;

  • Bazar və likvidlik risklərinin idarə edilməsi üzrə nəzəri və praktiki biliklər;

  • Maliyyə bazarlarının fəaliyyəti və qiymətli kağızlar haqqında yetərli məlumatlılıq;

  • Bazar və likvidlik risklərinin idarə edilməsində istifadə olunan hesabatlar haqqında məlumatlılıq və onların yenilənməsi bacarığı (LCR, GAP analizi və s.);

  • Müvafiq istiqamətli stress testlərin həyata keçirilməsi yanaşmaları haqqında biliklər;

  • Məntiqi mühakimə və operativ qərar qəbul etmə bacarıqları;

  • Verilən tapşırığı vaxtında və dəqiq yerinə yetirmək xüsusiyyəti;

  • Riyazi, statistik və makroiqtisadi biliklər;

  • Excel bilikləri vacibdir, Python və ya SQL bilikləri arzuolunandır.

  • İngilis dili biliyi vacibdir, rus dili arzuolunandır;

  • CFA və (və ya) FRM sertifikatları arzuolunandır.

Vakansiya növü - Tam ştat

 Müraciət et: https://jobs.glorri.az/vacancies/xalqbank/xalqbank-risklerin-idare-edilmesi-idaresinin-bazar-riski-sobesinin-aparici-mutexessi-92711?source=JobSearch

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Risklərin İdarə edilməsi İdarəsinin Bazar riski şöbəsinin aparıcı mütəxəssisi - VAKANSİYA — Fins.az — Fins.az