
Risk Təhlili üzrə Mütəxəssis - VAKANSİYA
Fins.az - Prior Leasing Risk Təhlili üzrə Mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Namizədə olan tələblər:
Ali təhsil;
MS Office proqramlarında (xüsusən Exceldə) işləmək bacarığı;
Bank sektorunda kreditləşmə, risklərin idarə edilməsi, maliyyə təhlili və ya əlaqəli sahədə minimum 1 illik təcrübəsi olmalı;
Analitik düşünmə və problem həll etmə bacarığı olmalı;
ACCA F3 sertifikatının olması üstünlükdür.
Vəzifə öhdəlikləri:
Lizinq müraciətlərinin təhlili üçün (əsasən aqrar sektor üzrə) borcalandan tələb olunan məlumatların toplanması, yoxlanılması və doğrulanması, zərurət olduqda borcalanla əlavə dəqiqləşdirmələrin aparılması və çarpaz sualların tətbiqi;
Daxil olmuş lizinq ərizələri üzrə müştərinin biznes modelinin və maliyyə göstəricilərinin analizi;
Kredit risklərinin qiymətləndirilməsi (anderraytinq) və risklərin azaldılması məqsədilə müvafiq şərt və təkliflərin hazırlanması;
Müştərinin maliyyə dayanıqlığının və lizinq öhdəliklərini gələcəkdə icra etmək qabiliyyətinin qiymətləndirilməsi, kredit reytinqinin müəyyən edilməsi və qərarın formalaşdırılması;
Xidmət Səviyyəsi Müqavilələrinə (SLA) uyğun olaraq hər müraciət üzrə anderraytinqin operativ aparılması və vaxtında tamamlanmasının təmin edilməsi.
İş şərtlərimiz:
Əmək haqqı: 1100-1200 AZN;
İş qrafiki: Tam iş günü (5 gün);
İş saatları: 08:30-17:30;
İş yeri: Bakı, Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Risk Təhlili üzrə mütəxəssis” yazaraq [email protected] ünvanına göndərmələri
və ya https://careers.ram.az/?vacancy=2315&source=UC_HBS8ZI linki vasitəsilə müraciət etmələri xahiş olunur.