Restoran meneceri (Elmlər Filialı üzrə) - VAKANSİYA

Restoran meneceri (Elmlər Filialı üzrə) - VAKANSİYA

SOSİUM
217

Fins.az - Laliga Dining & Lounge vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Restoran üzrə gündəlik, həftəlik və aylıq əməliyyat checklistlərinin hazırlanması, tətbiqi və icrasına nəzarət edilməsi;

  • Kabinet və zal xidmətinin düzgün koordinasiya edilməsi, rezervasiya axınına və qonaq yerləşdirilməsinə nəzarət edilməsi;

  • Banket, özəl tədbir və qrup rezervasiyaları üçün menyuların hazırlanmasında iştirak və xidmət prosesinin idarə olunması;

  • Banket və tədbirlər zamanı personal bölgüsünün, xidmət ardıcıllığının, masa düzülüşünün və qonaq qarşılanmasının təşkil edilməsi;

  • Satışların artırılması məqsədilə əlavə satış, menyu təqdimatı və xidmət keyfiyyəti üzrə personalın yönləndirilməsi;

  • Müştəri məmnuniyyətinin təmin olunması və şikayətlərin operativ həll edilməsi;

  • Sanitariya və gigiyena qaydalarına riayət olunmasına nəzarət edilməsi;

  • Kassa əməliyyatlarına nəzarət edilməsi;

  • Nağd, nağdsız ödəmə əməliyyatlarının müvafiq prosedura əsasən aparılmasını təmin edilməsi;

  • Təchizat və inventarın idarə edilməsi;

  • İşçi heyətinin seçilməsində, yeni namizədlərlə müsahibələrin keçirilməsində, əməkdaşların təlimatlandırılmasında və adaptasiya prosesinin idarə olunmasında iştirak edilməsi;

  • İşçi heyətinin iş qrafikinin təşkili və nəzarət edilməsi;

  • Personalın xidmət keyfiyyəti, menyu təqdimatı, satış yönümlü xidmət və daxili prosedurlar üzrə bilik və bacarıqlarının mütəmadi qiymətləndirilməsi, təlim ehtiyaclarının müəyyən olunması və inkişaf etdirilməsi;

  • İşçi heyətinə xidmət standartları, satış yanaşması, müştəri ilə ünsiyyət və daxili prosedurlar üzrə mütəmadi təlimlərin keçirilməsi;

  • Daxili qaydaların, xidmət standartlarının və şirkət prosedurlarının bütün heyət tərəfindən icra olunmasına nəzarət edilməsi;

  • Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında, düzgün və şirkət standartlarına uyğun icra olunmasının təmin edilməsi;

  • Gün sonu hesabatlarının, növbə təhvil-təslim qeydlərinin və əməliyyat nəticələrinin rəhbərliyə təqdim olunması;

  • Anbar sayımlarında iştirak edilməsi.

Kvalifikasiya tələbləri:

  • Təhsil: Ali təhsil;

  • İş təcrübəsi: Kabinet sistemi ilə fəaliyyət göstərən lounge/restoran konseptlərində, həmçinin ümumi restoran əməliyyatlarının idarə olunması sahəsində minimum 3 il rəhbər və ya menecer vəzifəsində iş təcrübəsi.

Tələb olunan bilik və bacarıqlar:

  • Restoran əməliyyatlarının idarə olunması bacarığı;

  • Restoran servis standartları və xidmət keyfiyyəti üzrə biliklər;

  • Müvafiq proqram təminatları ilə işləmək bacarığı;

  • Gigiyena və sanitariya standartları (HACCP əsasları);

  • Liderlik və komanda idarəetmə bacarığı;

  • Müştəriyönümlü yanaşma və ünsiyyət qabiliyyəti;

  • Problem həll etmə və operativ qərarvermə bacarığı;

  • Detallara diqqə etmə bacarığı;

  • Ofis proqramları ilə işləmə bacarığı;

  •  Azərbaycan dili səlis, rus və ya ingilis dili biliyi üstünlükdür.

Təklif edirik:

  • Əmək haqqı: 1800 – 2500 AZN (sabit maaş + Satışdan faiz);

  • Əlavə olaraq KPI üzrə bonuslarla yüksək gəlir imkanı;

  • İş qrafiki: 6 günlük iş qrafiki;

  • Nahar şirkət tərəfindən təmin edilir.

Tələblərə cavab verən namizədlər “Restoran Meneceri” başlığı ilə öz CV-lərini qeyd olunan elektron poçt ([email protected]) ünvanına göndərə bilərlər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Restoran meneceri (Elmlər Filialı üzrə) - VAKANSİYA — Fins.az — Fins.az