Qida və içki şöbəsinin qrup rəhbəri - VAKANSİYA
Fins.az - Wyndham Garden Baku vakansiya elan edir.
İş şəraiti:
Şöbə: Qida və içki (F&B)
Yerləşmə: Bakı, Azərbaycan
İş növü: Tam ştat
Əsas vəzifələr:
Qida və içki şöbəsinin gündəlik fəaliyyətinə nəzarət etmək
Komanda üzvlərinin işini təşkil etmək və düzgün bölgü aparmaq
Qonaqlara yüksək səviyyədə xidmət göstərilməsini təmin etmək
Sifarişlərin vaxtında və düzgün təqdim olunmasına nəzarət etmək
Qonaq şikayətlərini operativ şəkildə həll etmək
Gigiyena və sanitariya qaydalarına riayət olunmasına nəzarət etmək
Stok və inventar idarəçiliyində iştirak etmək
Digər şöbələrlə koordinasiyanı təmin etmək
Tələblər:
Oxşar sahədə minimum 3 il iş təcrübəsi
İngilis dilini yaxşı səviyyədə bilmək (Rus dili arzuolunandır)
Liderlik və komanda idarəetmə bacarıqları
Güclü ünsiyyət bacarıqları və müştəriyönümlü yanaşma
Məsuliyyətli, çevik və detallara diqqətli olmaq
Üstünlüklər:
Otel və ya restoran sahəsində təcrübə
Xidmət standartları və satış bacarıqları üzrə biliklər
Gərgin iş şəraitində işləmə bacarığı
Təklif edirik:
Əmək haqqı: 650 AZN + service charge
Peşəkar inkişaf və karyera yüksəlişi imkanları
Mehriban və dəstəkləyici iş mühiti
Maraqlanan namizədlər CV- lərini qeyd olunan elektron poçt ([email protected]) ünvanına göndərə bilərlər.