Qarabağda yeni nəqliyyat layihəsi: Xankəndi–Şuşa kanat yolu açılır

Qarabağda yeni nəqliyyat layihəsi: Xankəndi–Şuşa kanat yolu açılır

SOSİUM
313

Xankəndi ilə Şuşanı birləşdirəcək kanat yolunun gələn il istifadəyə verilməsi planlaşdırılır. Bu barədə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Bakıda keçirilən WUF13 çərçivəsində məlumat verib.

Fins.az xəbər verir ki, Aydın Kərimov “Münaqişədən sonrakı şəhərsalma: məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı layihənin detallarını açıqlayıb.

Onun sözlərinə görə, hazırlanan layihə çərçivəsində kanat yolu Xankəndi şəhərinin mərkəzi ilə Şuşa şəhər mərkəzini birləşdirəcək. Səfər müddətinin isə təxminən 12 dəqiqədən çox olmayacağı nəzərdə tutulur.

Məlumata əsasən, Xankəndi–Şuşa kanat yolunun ümumi uzunluğu 6 min metrə yaxın olacaq. Layihə üzrə Xankəndi hissəsində hündürlük 844 metr, Şuşa hissəsində isə 1317 metr təşkil edəcək.

Kanat yolunda hərəkət müddətinin 13 dəqiqəyədək, sürətin isə saniyədə 8 metr olması planlaşdırılır. Layihə Qarabağ bölgəsində nəqliyyat əlçatanlığının artırılması və turizm potensialının genişləndirilməsi baxımından mühüm infrastruktur təşəbbüslərindən biri hesab olunur.

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qarabağda yeni nəqliyyat layihəsi: Xankəndi–Şuşa kanat yolu açılır — Fins.az — Fins.az