Qarabağda köç prosesi pik həddə çatacaq - Emin Hüseynov

Qarabağda köç prosesi pik həddə çatacaq - Emin Hüseynov

SOSİUM
502

Qarabağda bərpa-quruculuq işləri tam sürətlə davam edir. İşğaldan azad edilən ərazilərdə Dövlət Proqramının sonuncu ili çərçivəsində genişmiqyaslı layihələr icra olunur.

Fins.az xəbər verir ki, bu barədə Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, indiyədək 30 mindən çox məcburi köçkün işğaldan azad edilən ərazilərə köçürülüb. Ümumilikdə isə 70 mindən çox insan artıq Qarabağda yaşayır, işləyir və təhsil alır.

Emin Hüseynov qeyd edib ki, təkcə Ağdam şəhərinə bu gün 92 ailə köçürülüb və proses hər gün daha geniş vüsət alır. Onun sözlərinə görə, bu il köç prosesi pik həddə çatacaq.

Proqnozlara əsasən, Ağdama təxminən 20 min nəfərin köçürülməsi nəzərdə tutulur. Eyni zamanda, Füzuli və Xocavənd rayonlarına ümumilikdə 15 min nəfərin köçü planlaşdırılır.

Məlumatda bildirilir ki, Xocavənd rayonunda 25 yaşayış məntəqəsi üzrə bərpa və quruculuq işləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qarabağda köç prosesi pik həddə çatacaq - Emin Hüseynov — Fins.az — Fins.az