Qafqazda ilk layihə: Bakıda metro altı yol və piyada keçidi layihəsi

Qafqazda ilk layihə: Bakıda metro altı yol və piyada keçidi layihəsi

SOSİUM
342

Bakıda nəqliyyat infrastrukturunun inkişafı çərçivəsində yeni və region üçün ilk olan layihə həyata keçirilir. Metro xəttinin altından avtomobil yolu və piyada tunelinin çəkilməsi planlaşdırılır.

Fins.az xəbər verir ki, bu barədə AzTV-yə müsahibəsində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı məlumat verib.

Onun sözlərinə görə, bu layihə Qafqaz regionunda ilk dəfə məhz Bakıda icra olunur və şəhərin nəqliyyat sistemində mühüm dəyişikliklərə səbəb olacaq.

Layihə “Ulduz” və “Koroğlu” metro stansiyalarına yaxın ərazini əhatə edir. Burada böyük nəqliyyat qovşağının yaradılması nəzərdə tutulur.

Vüsal Qasımlı bildirib ki, yeni qovşaq həm avtomobil yolunu, həm metro xəttini, həm də dəmir yolu infrastrukturunu birləşdirəcək. Bu isə ərazidə mövcud olan nəqliyyat sıxlığının aradan qaldırılmasına və hərəkətin daha səmərəli təşkilinə imkan verəcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Qafqazda ilk layihə: Bakıda metro altı yol və piyada keçidi layihəsi — Fins.az — Fins.az