
Psixoloji xidmətlər üzrə məsləhətçi - VAKANSIYA
Fins.az - LANDAU School üçün Psixoloji xidmətlər üzrə məsləhətçi axtarışındayıq. Qeyd olunan vəzifə üçün tələblərimiz aşağıdakı kimidir:
Vəzifə öhdəlikləri
Şagirdlərə akademik, şəxsi, sosial və ya davranış məsələləri ilə bağlı fərdi və qrup məsləhət sessiyaları təklif etmək;
Müəllimlər, valideynlər və inzibati heyətlə əməkdaşlıq edərək akademik məsələləri həll etmək və şagirdlərin uğuru üçün strategiyalar hazırlamaqi;
Şagirdlərə maraq, bacarıq və karyera məqsədlərini müəyyənləşdirmələrinə kömək etmək üçün karyera araşdırması və yönləndirmə təklif etmək;
Yarana biləcək fövqəladə halları nəzarətdə saxlamaq;
Xüsusi yanaşma tələb edilən vəziyyətdə şagirdlərə dərhal dəstək və məsləhət vermək, həmçinin müvafiq resurslarla əlaqələndirmək;
Müvafiq problemləri həll etmək və müdaxilə planları hazırlamaq üçün komanda işləri təşkil etmək;
Müəllimlər və valideynlərlə tələbə ehtiyaclarını qarşılayan və müsbət davranışı təşviq edən strategiyalar üzrə məsləhətləşmək;
Valideynlər üçün psixoloji xidmətlər üzrə məsləhətçinin vəzifələri və sahə ilə bağlı müvafiq mövzularda təqdimatlar təşkil etmək;
Gələn tələblərin və müşahidələrin sənədləşdirilməsini təmin etmək.
Tələblər
Müvafiq sahə üzrə bakalavr təhsili;
Qeyd edilən sahə üzrə ən azı 1 il iş təcrübəsi;
Yüksək Azərbaycan, Rus və İngilis dili biliyi;
Kompüter və Microsoft Office proqramlarında iş bacarıqları;
Yuxarı sinif şagirdləri ilə iş təcrübəsi;
Problem həll etmə bacarığı.
Biz nə təklif edirik:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;
İş qrafiki: 08:00-17:00 (həftədə 5 dəfə);
Könüllü tibbi sığorta;
Peşəkar inkişaf imkanları;
Push 30-dan 75% endirim ilə yararlanmaq imkanı;
Uşaqlara məktəb endirimləri.
Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.
Vakansiya növü - Tam ştat
Müraciət et: https://jobs.glorri.az/vacancies/landauschool/landauschool-psixoloji-xidmetler-uzre-meslehetci-38943?source=JobSearch