Paytaxtda növbəti “Kənddən şəhərə” həftəsonu yarmarkası keçiriləcək

Paytaxtda növbəti “Kənddən şəhərə” həftəsonu yarmarkası keçiriləcək

SOSİUM
199

22-23 iyun tarixlərində Bakıda “Kənddən şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq.

Fins.az Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata əsasən, xəbər verir ki, yarmarkada ümumilikdə 20-yə qədər regiondan 40-dan çox fermerin iştirakı gözlənilir. Fermerlər 100-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.

Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metrostansiyasının yanı) ünvanında keçiriləcək yarmarkada müxtəlif regionlardan əvvəlcədən qeydiyyatdan keçən fermerlər yerli kənd təsərrüfatı və qida məhsullarını satışa çıxaracaqlar.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Paytaxtda növbəti “Kənddən şəhərə” həftəsonu yarmarkası keçiriləcək — Fins.az — Fins.az