Ötən il məcburi köçkünlərin sosial müavinətləri üçün 286,7 milyon manat xərclənib

Ötən il məcburi köçkünlərin sosial müavinətləri üçün 286,7 milyon manat xərclənib

SOSİUM
158

Fins.az - 2025-ci ilin sonuna olan məlumatlara görə, vahid aylıq müavinət alan keçmiş məcburi köçkünlərin sayı 387,3 min nəfərə çatıb. Bu şəxslərdən 44,8 min nəfəri 33 manat, 342,5 min nəfəri isə 60 manat müavinət alıb.

Nazirlər Kabinetinin 2025-ci il fəaliyyət hesabatına əsasən, müavinətlərin ödənilməsi üçün dövlət büdcəsindən ümumilikdə 286 711,2 min manat vəsait sərf edilib. Həmin məbləğin 859,9 min manatı bank xərclərinə yönəldilib.

Hesabat dövründə məcburi köçkünlərin siyahılarında aparılmış mütəmadi düzgünləşmələr nəticəsində müavinət alanların sayı 21,1 min nəfər azalıb. Bu tədbirlər müavinətlərin düzgün və səmərəli şəkildə idarə olunmasını təmin etmək məqsədi daşıyıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Ötən il məcburi köçkünlərin sosial müavinətləri üçün 286,7 milyon manat xərclənib — Fins.az — Fins.az