Ötən il məcburi köçkünlər üçün kommunal və təmir işlərinə 18,3 mln. manat vəsait xərclənib

Ötən il məcburi köçkünlər üçün kommunal və təmir işlərinə 18,3 mln. manat vəsait xərclənib

SOSİUM
316

Fins.az - Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatına əsasən, ölkə ərazisində ictimai və inzibati binalarda məskunlaşmış məcburi köçkünlərin içməli su, təbii qaz və elektrik enerjisi sərfiyyatı, həmçinin çirkab suların axıdılması və məişət tullantılarının daşınması üçün il ərzində dövlət büdcəsindən kommunal xidmət təşkilatlarına 18 320 min manat köçürülüb.

Hesabatda qeyd olunub ki, sıx məskunlaşma obyektlərində elektrik enerjisinin və içməli suyun dayanıqlığını təmin etmək məqsədilə 2025-ci ildə:

  • 499,9 min manat dəyərində 75,9 min metr kabel-naqil alınaraq tələbat yerlərinə çatdırılıb,

  • zəruri inzibati binalara 1 732 reys su (18,2 min ton) daşınıb.

Məcburi köçkünlərin məişət problemlərinin həlli üçün 3 811 min manat hesabına:

  • 94 obyekt üzrə 26,5 min kv.metr yumşaq və 57,2 min kv.metr rəngli metal dam örtüyü dəyişdirilib,

  • şəhid və qazi ailələrinin ağır şəraitdə yaşadıqları 3 mənzil daxil olmaqla, yanğın nəticəsində yararsız hala düşmüş 40 mənzildə təmir işləri aparılıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin balansında olan qəsəbə və yaşayış komplekslərində isə:

  • 345 mənzil və fərdi ev təmir edilib,

  • 17 binanın dam örtüyü dəyişdirilib,

  • 2 binanın pilləkan qəfəsləri və dəhlizləri təmir olunub,

  • 10 binanın aqlay üzlükləri yeniləri ilə əvəz edilib,

  • 4 qəsəbənin daxili yollarında təmir işləri həyata keçirilib.

Bütün təmir-bərpa işlərinə ümumilikdə 8 747 min manat vəsait sərf edilib ki, bu da məcburi köçkünlərin yaşam şəraitinin yaxşılaşdırılmasına yönəldilmiş əhəmiyyətli tədbirlərdən biridir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Ötən il məcburi köçkünlər üçün kommunal və təmir işlərinə 18,3 mln. manat vəsait xərclənib — Fins.az — Fins.az