Ötən il işğaldan azad olunmuş ərazilərə 4 370 məcburi köçkün ailəsi köçürülüb

Ötən il işğaldan azad olunmuş ərazilərə 4 370 məcburi köçkün ailəsi köçürülüb

SOSİUM
320

Fins.az - Nazirlər Kabinetinin 2025-ci il fəaliyyəti haqqında hesabatına əsasən, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında yenidən qurulmuş və ya bərpa edilmiş yaşayış məntəqələrinə 3 893 ailənin (15 781 nəfər) köçürülməsi təmin edilib.

Bundan əlavə, dövlət ehtiyaclarının və şəxsi müraciətlərin təmin edilməsi məqsədilə 477 ailə (1 765 nəfər) mövcud qəsəbə və yaşayış komplekslərində, həmçinin işğaldan azad olunmuş ərazilərdə təhvil alınmış evlər hesabına yaşayış sahəsi ilə təmin olunub.

Beləliklə, 2025-ci il ərzində işğaldan azad olunmuş ərazilərə köçürülmüş sakinlər də daxil olmaqla cəmi 4 370 məcburi köçkün ailəsi (17 546 nəfər) mənzil və ya evlə təmin edilmişdir.

Bu tədbirlər məcburi köçkünlərin geri dönüşü və bölgələrdə sosial-iqtisadi bərpanın davamlı həyata keçirilməsinə xidmət edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Ötən il işğaldan azad olunmuş ərazilərə 4 370 məcburi köçkün ailəsi köçürülüb — Fins.az — Fins.az