Ötən il 54,5 min əlillik təyinatı aparılıb

Ötən il 54,5 min əlillik təyinatı aparılıb

SOSİUM
365

Fins.az - Milli Məclisin plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub ki, dövlət tibb müəssisələri tərəfindən rəsmiləşdirilmiş göndərişlər əsasında 54,5 min əlillik təyinatı aparılıb.

Təyinatların 23,5 min nəfəri ilkin, 29,2 min nəfəri isə təkrar xarakter daşıyıb. İlkin əlillik təyinatının dərəcələrinə görə paylanması belədir: 1-ci dərəcə – 5,9 min nəfər, 2-ci dərəcə – 8,7 min nəfər, 3-cü dərəcə – 10,7 min nəfər.

Hesabatda vurğulanıb ki, əlillik təyinatlarının dəqiq aparılması və müvafiq qaydada rəsmiləşdirilməsi sosial müdafiə sisteminin səmərəliliyini artırır və əlilliyi olan şəxslərin hüquqlarının qorunmasına xidmət edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Ötən il 54,5 min əlillik təyinatı aparılıb — Fins.az — Fins.az