Ötən il 39,5 min nəfərdən çox şəxsə proaktiv pensiya təyinatı aparılıb

Ötən il 39,5 min nəfərdən çox şəxsə proaktiv pensiya təyinatı aparılıb

SOSİUM
294

2025-ci ilin yanvar-dekabr ayları ərzində 39,5 min nəfərdən çox şəxsə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb.

Finss.az Dövlət Sosial Müdafiə Fondunun məlumatına əsasən xəbər verir ki, onların 67,5%-ni kişilər, 32,5%-ni isə qadınlar təşkil edib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr ayları ərzində 35 min nəfərdən çox şəxsə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb. Onların 71,4%-ni kişilər, 28,6%-ni isə qadınlar təşkil edib.

Fuad Mədətov
Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Ötən il 39,5 min nəfərdən çox şəxsə proaktiv pensiya təyinatı aparılıb — Fins.az — Fins.az