
Ölkə üzrə güzəştli şərtlərlə təyin olunmuş pensiyalar bayram öncəsi ödənəcək
Fins.az - Bakı, Sumqayıt və Abşeron bölgələrində mart pensiyaları qrafikdən əvvəl ödənilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, Naxçıvan üzrə də bu ayın pensiya ödənişi vaxtından əvvəl həyata keçirilib.
Bundan əlavə, ölkənin digər bölgələrində və güzəştli şərtlərlə təyin olunmuş pensiyalar Novruz və Ramazan bayramlarına qədər qrafikdən əvvəl ödəniləcək.
Fuad Mədətov
Fins.az